Davamlı İnkişaf

Davamlı İnkişaf UNHCR
2. Cənub bölgəsində 14 icmada layihələrin idarə olunması təlimləri. 2001 6800 USD USAİD – CHF
3.

İctimai Birliyin missiyası ölkə iqtisadiyyatının sürətli və tarazlaşdırılmış inkişafının saxlanılması üçün həyata keçirilən proqramların icrasına kömək etməkdir İB-nin həyata keçirdiyi layihələr


No Layihənin adı Həyata keçirilmə müddəti Məbləği Donoru
1 Xırdalan qəsəbəsində MK-lərin məskunlaşdığı binada kanaliizasiya xəttinin təmiri və antisanitariyanın ləğvi. 2000 3200 ABD. MK-lər arasında kiçik biznesin inkişafı təlimləri. 2002 6500 USD. UNCHR
4 İmişli və Beyləqan fermerləri üçün əkinçiliyin inkişafı təlimləri. 2002 8400 USD İFRC
5 Sabirabad rayonunun Axısxa kəndində MK və Məhsəti türklər üçün kiçik fermer təsərrüfatının inkişaf etdirilməsi 2002 14000 USD HPİ
6 YAİİDP istiqamətində Regional İctimai Görüşlərin təşkil edilməsi. 2003 12 000 USD DB
7 YAİİDP istiqamətində Regional İctimai Görüşlər 2004 14000USD USAİD
8 YAİİDP-nin icra mərhələsi istiqamətində üç filmin çəkilməsi 2004 11000USD UNDP
9 YAİİDP istiqamətində Regional İctimai Görüşlər. 2005. 12 000 USD UNDP, ADB
10 Bələdiyyələriun bacarıqlarının artırılması layihəsi. 2005 6500 USD BP
11 İsmayıllı rayonunun Qalacıq kəndində yeni xəstəxana binasının tikintisi 2006-2007 ABD, 92.800 Yaponiya Səfirliyi
12 Yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramının (2008-2015-ci illər) icrası mərhələsində vətəndaş cəmiyyətinin potensialının gücləndirilməsi və onlarla əks-əlaqə mexanizminin yaradılması 2006-2007 ABD,
4.400 Dünya Bankı
13 “Vətəndaş cəmiyyətinin bacarıqlarının gücləndirilməsi” layihəsi 2007 ABD,
4.000 Dünya Bankı
14 İsmayıllı rayonunun Buynuz kəndində yeni orta məktəb binasının tikintisi 2007-2008 ABD, 85.910 Yaponiya Səfirliyi
15 “Nümunəvi davranış keyfiyyətləri” kitabınınm nəşri 2010 ABD
6.000 Azərbaycan Respublikası Prezidenti yanında İB-lərə Dövlət Dəstəyi Şurası
16 Gənclərin peşə seçimi imkanlarının genişləndirilməsi və karyera planlanmasına dəstək
2011 ABD
6000 Azərbaycan Respublikası Prezidenti yanında İB-lərə Dövlət Dəstəyi Şurası
17 “Təbiət abidələri və turizmin inkişafı” kitabının nəşri 2011 3 400 ABD Azərbaycan Respublikası Prezidenti yanında İB-lərə Dövlət Dəstəyi Şurası
18 Saatlı rayonunun Məzrəli və Naharlı kəndlərində suvarma sisteminin yenidən qurulması” layihəsi 2011-2012 ABD 123.000 Yaponiya Səfirliyi
19 “Əmək pensiyaları və sosial ödənişlər istiqamətində əhalinin maarifləndirilməsi” 2013-2014 AZN 8.000 Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası
20 Saatlı rayonunun Kamallı kəndində suvarma sisteminin yenidən qurulması” layihəsi 2014 ABD 121.000 Yaponiya Səfirliyi
21 İmişli rayonunun Qaravəlli kəndində suvarma sisteminin yenidən qurulması” layihəsi 2015 ABD 103.000 Yaponiya Səfirliyi
22 “Saatlı rayonunun Mollavazlı kəndində suvarma sistemlərinin yenidən qurulması” layihəsi. 2019 89200 ABŞ dolları Yaponiya Səfirliyi
23 “Aztəminatlı əhalinin sosial problemlərinin həlli istiqamətində maarifləndirilməsi” layihəsi. Nəşr edilmiş “DOST xidmətləri – hamı üçün” kitabı DOST Mərkəzlərinin və SXA-nın dəstəyi ilə bütün regionlarda istifadə olunur. 2020. 6000 manat, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası,
24 “Sabirabad rayonunun Əlicanlı kəndində suvarma sistemlərinin yenidən qurulması” layihəsi. 2021. 67837 ABŞ dolları Yaponiya Səfirliyi,
25 “Mikro, kiçik və orta sahibkarlığın inkişaf mexanizmləri” layihəsi
Nəşr edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişaf mexanizmləri” kitabı KOBİA-nın dəstəyi ilə bütün regionlarda istifadə olunur. 2022. 8000 manat Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi,
26 “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişaf perspektivləri 2025 7000 manat Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi,

20/03/2026

Sizi həm Müqəddəs Ramazan, həm də Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.
Allah tutduğunuz orucu, etdiyiniz duaları qəbul eləsin, həyatınıza sevinc, xoşbəxtlik və bol ruzi-bərəkət dolsun.

Bayramlar sizə can sağlığı, xoş anlar və yaxınlarınızla birlikdə unudulmaz günlər gətirsin.
Hər gününüz işıqlı, hər anınız isə gülüş və xoşbəxtliklə dolu olsun!

ƏZİZ XANIMLAR. "DAVAMLI İNKİŞAFA DOĞRU" İB-NİN ÜZVLƏRİ ADINDAN VƏ ÖZ ADIMDAN 8 MART BEYNƏLXALQ QADINLAR BAYRAMI MÜNASİBƏ...
07/03/2026

ƏZİZ XANIMLAR. "DAVAMLI İNKİŞAFA DOĞRU" İB-NİN ÜZVLƏRİ ADINDAN VƏ ÖZ ADIMDAN 8 MART BEYNƏLXALQ QADINLAR BAYRAMI MÜNASİBƏTİ İLƏ HƏR BİRİNİZİ ÜRƏKDƏN TƏBRİK EDİR, ƏN XOŞ ARZULARIMI BİLDİRİRƏM

“Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarının İnkişaf Perspektivləri” layihəsi yekunlaşdıBakı, Azərbaycan – 2025"Dava...
13/09/2025

“Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarının İnkişaf Perspektivləri” layihəsi yekunlaşdı

Bakı, Azərbaycan – 2025

"Davamlı İnkişafa Doğru" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişaf perspektivləri” adlı layihənin icrası başa çatmışdır. Layihə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin sosial-iqtisadi inkişafı, bərpası və dayanıqlı gələcəyi ilə bağlı əhalinin, xüsusilə sahibkarlıq subyektlərinin maarifləndirilməsi və onların bilik və bacarıqlarının artırılmasına xidmət edir.
Layihənin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının mövcud potensialını, dövlətin həyata keçirdiyi strateji layihələri və bu bölgələrin bərpa və inkişafında vətəndaş cəmiyyətinin rolunu geniş ictimaiyyətə çatdırmaqdır. Bu məqsədlə bölgədə müxtəlif araşdırmalar, təlimlər, maarifləndirici tədbirlər, yerli və mərkəzi ekspertlərin iştirakı ilə ictimai müzakirələr və media resursları vasitəsilə aşağıda qeyd olunmuş geniş məlumatlandırma fəaliyyəti həyata keçirilmişdir.

• Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının iqtisadi potensialı təhlil edilmiş;
• Regionlarda mövcud və planlaşdırılan infrastruktur layihələri ictimaiyyətə tanıdılmış;
• Layihənin davamlılığını təmin etmək üçün “Öz Biznesini qur” adlı internet səhifə yaradılmış;
• 3 nəfər sahibkara quracaqları biznesə marketinq dəstəyi (loqoların hazırlanması, sosial media hesablarının qurulması) göstərilmiş;
• 3 nəfər seçilmiş sahibkarın dövlət tərəfindən keçiriləcək sərgi-satış yarmarkalarında iştirakı təmin edilmiş;
• Seçilmiş sahibkarlara a) “Biznes quruculuğu, Biznes Planın hazırlanması, Biznes strategiyalar və Marketinq strategiyaları” və b) “Biznesdə Strateji və Rəqəmsal Marketinq: SMM” mövzularında təlimlər həyata keçirilmiş;
• Təşkilatın vəsaiti hersabına nəşr edilmiş “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişaf perspektivləri” kitabı təlim iştirakçılarına və aidiyyəti qurumlara paylanılmış;
• Media və sosial şəbəkələrdə maarifləndirici materiallar paylanılmış;
• Vətəndaş cəmiyyəti institutlarının rolunun gücləndirilməsi və töhfələrinin stimullaşdırılması səyləri artırılmışdır.

"Davamlı İnkişafa Doğru" İctimai Birliyinin sədri layihə barədə bildirib: “Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın gələcək inkişafı üçün strateji əhəmiyyət daşıdığından bu layihə vasitəsilə biz həm ictimai məlumatlılığı artırmağa, həm də regionun bərpası prosesinə vətəndaş cəmiyyətinin fəal iştirakını təmin etməyə çalışmışıq.”

Əlaqə üçün:
“Davamlı İnkişafa Doğru” İctimai Birliyi
Telefon: (055) 758 28 00
E-mail: [email protected]
https://www.facebook.com/namig.heydarov/

Sahibkarlara marketinq dəstəyi göstərilibDavamlı İnkişafa Doğru İctimai Birliyi tərəfindən QHT-lərə Dövlət Dəstəyi Agent...
03/09/2025

Sahibkarlara marketinq dəstəyi göstərilib

Davamlı İnkişafa Doğru İctimai Birliyi tərəfindən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişaf perspektivləri” layihəsi çərçivəsində yerli sahibkarlara praktiki dəstək göstərilib.

Layihənin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlığın inkişafına töhfə vermək, eləcə də bu bölgələrdə fəaliyyət göstərmək istəyən şəxslərin biznes təşəbbüslərinə stimul yaratmaqdan ibarətdir.

Layihə çərçivəsində seçilmiş 3 nəfər sahibkara bizneslərini qurmaq və inkişaf etdirmək məqsədilə peşəkar marketinq dəstəyi təqdim olunmuşdur. Təqdim olunan xidmətlərə aşağıdakılar daxildir:
• Fəaliyyət sahəsinə uyğun loqotiplərin hazırlanması
• Sosial media hesablarının yaradılması və ilkin kontent strategiyasının qurulması
• Rəqəmsal tanıtım üzrə məsləhət xidmətləri

Bu dəstək, sahibkarların öz məhsul və xidmətlərini daha geniş auditoriyaya tanıtmasına, hədəf bazarlarını müəyyənləşdirməsinə və rəqabət qabiliyyətlərini artırmasına şərait yaratmışdır.

Layihənin davamında, bölgədə fəaliyyətə başlamaq istəyən digər təşəbbüskarlarla da seminarlar və fərdi konsultasiyaların keçirilməsi nəzərdə tutulur. İctimai birlik hesab edir ki, bu cür dəstəklər regionun iqtisadi canlanmasına və işğaldan azad olunmuş ərazilərin dayanıqlı inkişafına mühüm töhfə verəcəkdir.

Əlaqə üçün:
“Davamlı İnkişafa Doğru” İctimai Birliyi
Telefon: (055) 758 28 00
E-mail: [email protected]
Veb səhifə: https://www.facebook.com/profile.php?id=61578358286317

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə “Davamlı İnkişafa Doğru” İctimai Birli...
24/08/2025

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə “Davamlı İnkişafa Doğru” İctimai Birliyi ““Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişaf perspektivləri” layihəsinin icrası çərçivəsində "Məhsul üçün düzgün hədəf auditoriya seçmək" mövzusunda təlim həyata keçirmişdir.

Qarabağ və Şərqi Zəngəzurda sahibkarlığın inkişafına dəstək: Biznes quruculuğu və marketinq üzrə təlimlər keçirildiDavam...
19/08/2025

Qarabağ və Şərqi Zəngəzurda sahibkarlığın inkişafına dəstək: Biznes quruculuğu və marketinq üzrə təlimlər keçirildi

Davamlı İnkişafa Doğru İctimai Birliyi, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişaf perspektivləri” layihəsi çərçivəsində “Biznes quruculuğu” və “Biznes marketinq” mövzularında praktiki təlimlər təşkil etmişdir.
Layihənin əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə sahibkarlığın təşviqi, yerli icmaların iqtisadi fəallığının artırılması və regionun dayanıqlı inkişafına töhfə verməkdir. Təlimlərdə iştirak edən sahibkarlar biznes planlaşdırma, maliyyə idarəetməsi, brendinq, rəqəmsal marketinq və müasir satış strategiyaları kimi mövzularda bilik və bacarıqlar əldə ediblər.
Peşəkar mütəxəssislər tərəfindən həyata keçirilən təlimlər interaktiv formada təşkil olunmuş, real biznes nümunələri və tətbiqi məşğələlərlə zənginləşdirilmişdir. İştirakçılara eyni zamanda, dövlətin sahibkarlığa verdiyi dəstək mexanizmləri, güzəştli kredit imkanları və bazara çıxış yolları barədə də məlumatlar təqdim olunmuşdur.
Təlim iştirakçıları bildiriblər ki, əldə etdikləri biliklər onları mövcud və ya yeni qurulacaq biznes fəaliyyətlərində daha məqsədyönlü və effektiv addımlar atmağa həvəsləndirib.
“Davamlı İnkişafa Doğru” İctimai Birliyi bu kimi təşəbbüslərlə regionda iqtisadi canlanmanın artırılmasına, mikro və kiçik sahibkarların gücləndirilməsinə dəstək verməkdə davam edir.
Əlaqə:
“Davamlı İnkişafa Doğru” İctimai Birliyi
Telefon: (055) 758 28 00
E-mail: [email protected]
Veb səhifə: https://www.facebook.com/profile.php?id=61578358286317

19/08/2025

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Davamlı İnkişafa Doğru” İctimai Birliyi ““Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişaf perspektivləri” layihəsinin icrası çərçivəsində “Biznes quruculuğu, Biznes Planın hazırlanması, Biznes strategiyalar və Marketinq strategiyaları” təlimlərinə start verdi

19/08/2025

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Davamlı İnkişafa Doğru” İctimai Birliyi ““Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişaf perspektivləri” layihəsinin icrası çərçivəsində “Biznes quruculuğu, Biznes Planın hazırlanması, Biznes strategiyalar və Marketinq strategiyaları” təlimlərinə start verdi.

19/08/2025
“Davamlı İnkişafa Doğru” İctimai Birliyindən Qarabağ və Şərqi Zəngəzurda sahibkarlığa dəstək: “Öz Biznesini Qur” platfor...
15/08/2025

“Davamlı İnkişafa Doğru” İctimai Birliyindən Qarabağ və Şərqi Zəngəzurda sahibkarlığa dəstək: “Öz Biznesini Qur” platforması istifadəyə verildi.

“Davamlı İnkişafa Doğru” İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişaf perspektivləri” layihəsi çərçivəsində “Öz Biznesini Qur” adlı internet səhifəsi yaradılmışdır.
Yeni platformanın əsas məqsədi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, eləcə də Respublikanın digər bölgələrində fəaliyyət göstərən və ya yeni biznes qurmaq istəyən sahibkarlara, startaplara və gənc təşəbbüskarlara praktiki informasiya, məsləhət və resurs dəstəyi təqdim etməkdir.
İnternet səhifə vasitəsilə istifadəçilər aşağıdakı imkanlardan faydalana biləcəklər:
• Biznes ideyaların formalaşdırılması və inkişaf etdirilməsi üzrə metodiki materiallar;
• Qanunvericilik, vergi və güzəşt mexanizmləri barədə məlumatlar;
• Biznes qurmaq üçün ideyalar
• Regional bazar təhlilləri və investisiya imkanları;
• Uğurlu sahibkarlıq nümunələri;
• Onlayn məsləhət xidməti və mentor dəstəyi.
Platforma həmçinin Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki yerli icmaların iqtisadi fəallığının artırılmasına, əhalinin məşğulluq imkanlarının genişləndirilməsinə və dayanıqlı biznes mühitinin formalaşmasına xidmət edir.
Layihə çərçivəsində müxtəlif təlimlər, məsləhət proqramları və sosial təşviqat kampaniyaları da nəzərdə tutulmuşdur.
İnternet səhifənin xidmətlərindən aşağıdakı link vasitəsi ilə faydalanmaq olar: https://www.facebook.com/profile.php?id=61575575806526
İctimai Birliyin könüllüləri səhifəni daima nəzarətdə saxlamaqla verilən sualları cavablandıracaqlar.
“Davamlı İnkişafa Doğru” İctimai Birliyi inanır ki, “Öz Biznesini Qur” platforması işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi dirçəlişinə və vətəndaş təşəbbüskarlığının inkişafına töhfə verəcəkdir.

Əlaqə:
“Davamlı İnkişafa Doğru” İctimai Birliyi
Telefon: (055) 758 28 00
E-mail: [email protected]
Veb səhifə: https://www.facebook.com/profile.php?id=61575575806526

Kiçik və orta biznes qurmaq, biznesi idarə etmək və genişləndirmək üçün faydalı səhifə

Address

Bakı şəhəri, Bakıxanov Qəsəbəsi
Bakikhanov
1040

Website

Alerts

Be the first to know and let us send you an email when Davamlı İnkişaf posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category