26/12/2023
23.12.2023
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII Qrant müsabiqəsi “çərçivəsində qalib gəlmiş ümumtəhsil məktəbləri kateqoriyası üzrə “Sən elə bir Zirvəsən-100”məktəblilərarası intellektual yarış layihəsi icra planına uyğun 23.12.2023 tarixində Bağlanış tədbiri keçirildi .Tədbirdə Finala keçən “DDK” , “Versus” , “Clever” , “Flaqman” , “Mübarizlər” və “160%” komandalar qələbə uğrunda mübarizə apardılar.
Yarışın nəticəsinə əsasən 2TH liseyin “DDK” komandası 1ci yer 🥇,60 nömrəli məktəbin “Flaqman” komandası 2ci yer 🥈,160 nömrəli məktəbin “160%” komandası 3-cü yeri 🥉tutdular.Bütün komandalar hədiyyə və diplomla mükafatlandırıldılar.Bütün komandaları təbrik edir ,gələcək təhsil həyatlarında uğur arzu edirik