19/01/2024
Salam, omid mağasından su filteri aldım 7 ay öncə, quraşdırıldı, 1 gün sonra mətbəxi su basdı, (bir nəçə gün işlətmədim) usta çağırdım düzəltdi, 1 ay keçdi yenə su basdı yeni mebellərin içini (bir aya yaxın işlətmədim), mağazaya yaxınlaşdim, dedilər gətirin baxaq, vaxt edib apardım məhsulu, şlanq sızırdı, köməklik etdilər, ödəniş etdim, mağazada dəyişdilər, 10 gün keçdi yenə su doldu mətbəxə, (bir aya yaxın işlətmədim) apardım mağazaya 6 filterdən biri sızırdı, ödəniş etdim, dəyişdilər yerində, gətirib qoşdum evdə, 5-10 gün işlədi normal, sonra su kəsildi damcı damcı gəlirdi 2 aya yaxin belə işlətdim və artıq bir aydır ki heç gəlmir su, apardım mağazaya dedilər hava vurun çəninə onuda etdim, yenədə işləmədi. Zəng etdim şikayətimi bildirdim, dedilər bizdə zəmanət yoxdur və quraşdırılma xidməti yoxdur, yalnız satırıq. Sübutlarımda var, mağaza işçiləri ilə yazışmalarım, onlara video, şəkillər, səs yazıları göndərmişəm. Heçkimə tövsiyə etmirəm bu mağazaları. Biraz baha olsun lakin bu cür hörmətsizlik, əziyyət olmasın. @подписчики Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İstehlak Mallarının Ekspertizası Mərkəzi