334 saylı tam orta məktəb

334 saylı tam orta məktəb Xəzər rayonu 334 saylı tam orta məktəb.

334 nömrəli tam orta məktəbin müəllimləri sertifikasiya imtahanında yüksək nəticələr əldə edərək məktəbimizin uğur salna...
26/06/2026

334 nömrəli tam orta məktəbin müəllimləri sertifikasiya imtahanında yüksək nəticələr əldə edərək məktəbimizin uğur salnaməsinə yeni nailiyyətlər əlavə ediblər.
Müəllimlərimizin peşəkarlığı, əzmkarlığı və zəhməti bu uğurun əsas göstəricisidir. Əldə olunan yüksək nəticələr münasibətilə bütün müəllimlərimizi ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar və yeni nailiyyətlər arzulayırıq.
Müəllimlərimizin uğuru məktəbimizin qürurudur!

18/06/2026

Yeni təmayül tədris modelinə qeydiyyat başlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün nəzərdə tutulan yeni təmayül tədris modelinə şagird və müəllimlərin qeydiyyatı başlayıb.

Modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.

Qeydiyyat prosesində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrinin X və XI sinif şagirdləri iştirak edə bilərlər.

Tədris prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə qabaqcıl pedaqoji təcrübəyə malik müəllimlər də yeni təmayül tədris modelinə cəlb olunacaqlar. Seçim zamanı peşəkarlıq, pedaqoji fəaliyyət göstəriciləri və tədrisin keyfiyyətinə təsir edən digər meyarlar nəzərə alınacaq.

Yeni təmayül tədris modelində iştirak etmək istəyən şagird və müəllimlər elektron sistem vasitəsilə müraciət edə bilərlər.

Şagirdlər üçün qeydiyyat:
https://docs.google.com/forms/d/e/1FAIpQLSfH-gbLr4r0Hf5p2IRbbbZqURFZUcSA6A72Gz1qytwUT9_xcQ/viewform?usp=publish-editor

Müəllimlər üçün qeydiyyat:
https://docs.google.com/forms/d/e/1FAIpQLScbzg-UGJSydggPrLl4Eo1shd-FeVCrkLVrWaY9zA8ZIGuiFw/viewform?usp=header

12/06/2026

Yeni təmayül tədris modeli şagirdlərin maraq və bacarıqlarına uyğun təhsil almalarına, gələcək peşə seçimlərinə daha məqsədyönlü hazırlaşmalarına imkan yaradır. Bu model çərçivəsində tədris prosesi şagirdyönümlü yanaşma əsasında təşkil olunaraq onların fərdi potensialının inkişafına xidmət edir.

Bu gün məktəbimizdə 2025–2026-cı tədris ilinin son pedaqoji şurası keçirildi. İclasda il ərzində görülən işlərə nəzər sa...
12/06/2026

Bu gün məktəbimizdə 2025–2026-cı tədris ilinin son pedaqoji şurası keçirildi. İclasda il ərzində görülən işlərə nəzər salındı, əldə olunan nəticələr müzakirə edildi və qarşıdakı dövr üçün tövsiyələr verildi.
Pedaqoji şuranın sonunda müqavilə əsasında fəaliyyət göstərən müəllimlərlə səmimi şəkildə vidalaşıldı. Onlara məktəbimizin fəaliyyətinə verdikləri töhfələrə görə təşəkkür edir, gələcək həyat və peşə fəaliyyətlərində uğurlar arzulayırıq.
Həmkarlarımıza yeni uğurlar, xoş xatirələr və işıqlı gələcək diləyirik!

Məktəbimizdə məktəbin psixoloqu Gözəl Əzizli tərəfindən şagirdlər üçün narkomaniyanın zərərli təsirlərinə həsr olunmuş m...
04/06/2026

Məktəbimizdə məktəbin psixoloqu Gözəl Əzizli tərəfindən şagirdlər üçün narkomaniyanın zərərli təsirlərinə həsr olunmuş maarifləndirici tədbir keçirildi.
Tədbir zamanı narkotik vasitələrdən istifadənin dünya üzrə statistik göstəriciləri, bu problemin yaranma səbəbləri, fərd və cəmiyyət üçün yaratdığı təhlükələr barədə ətraflı məlumat verildi. Şagirdlərlə narkomaniyanın insan sağlamlığına göstərdiyi fiziki, psixoloji və sosial təsirlər müzakirə olundu, zərərli vərdişlərin təhsil, ailə münasibətləri, sosial həyat və gələcək karyera üzərindəki mənfi nəticələri diqqətə çatdırıldı.

Bu gün məktəb rəhbərliyi və məktəb psixoloqu tərəfindən davranışı, nizam-intizamı, dərsə davamiyyəti və məktəb həyatında...
03/06/2026

Bu gün məktəb rəhbərliyi və məktəb psixoloqu tərəfindən davranışı, nizam-intizamı, dərsə davamiyyəti və məktəb həyatında fəallığı ilə seçilən nümunəvi şagirdlər “Yaşıl Kart”la mükafatlandırılmışdır.
Təltifetmə mərasimində şagirdlərin müsbət davranışlarının qiymətləndirilməsinin onların motivasiyasının artırılmasına və sağlam məktəb mühitinin formalaşmasına xidmət etdiyi vurğulanmışdır. Şagirdlər göstərdikləri nümunəvi davranışa görə təbrik edilmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanmışdır.

Məktəbimizdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilmişdir.Tədbirdə şagirdlər müxtəlif ...
03/06/2026

Məktəbimizdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə şagirdlər müxtəlif musiqi və rəqs nömrələri ilə çıxış etmiş, şeirlər səsləndirmiş və maraqlı oyunlarda iştirak etmişlər. Bayram əhval-ruhiyyəsində keçən tədbirin məqsədi uşaqların sevincini bölüşmək, onların hüquq və maraqlarına diqqət çəkmək olmuşdur.
Sonda şagirdlərə xoş arzular çatdırılmış, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulanmışdır.

Məktəbimizin şagirdləri növbəti uğura imza atıblar.4 “B” sinif şagirdi Məmmədova Ayşə və 4 “C” sinif şagirdi İsmayılzadə...
27/05/2026

Məktəbimizin şagirdləri növbəti uğura imza atıblar.
4 “B” sinif şagirdi Məmmədova Ayşə və 4 “C” sinif şagirdi İsmayılzadə Rüqəyyə “BilBacar” müsabiqəsində uğurla çıxış edərək final mərhələsinə yüksəliblər.
Şagirdlərimizi bu nailiyyət münasibətilə təbrik edir, final mərhələsində onlara uğurlar arzulayırıq!

Allah kəsilən qurbanları, edilən ibadətləri qəbul etsin 🙏🏻
27/05/2026

Allah kəsilən qurbanları, edilən ibadətləri qəbul etsin 🙏🏻

Məktəbimizdə korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib.Tədbirin əsas məqsədi şagirdlərdə ş...
26/05/2026

Məktəbimizdə korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi şagirdlərdə şəffaflıq, ədalət, dürüstlük və qanunlara hörmət kimi dəyərlərin formalaşdırılması, korrupsiyanın cəmiyyətə mənfi təsirləri barədə məlumatlandırmanın artırılması olub. Çıxış edən müəllimlər korrupsiyaya qarşı mübarizənin hər bir vətəndaşın məsuliyyəti olduğunu vurğulayaraq, bu istiqamətdə maarifləndirmənin vacibliyindən danışıblar.
Tədbir zamanı şagirdlərlə fikir mübadiləsi aparılıb, mövzu ilə bağlı təqdimatlar səsləndirilib və onların sualları cavablandırılıb. Bildirilib ki, sağlam və inkişaf etmiş cəmiyyətin formalaşması üçün dürüstlük və şəffaflıq prinsiplərinə sadiq olmaq hər bir gəncin əsas vəzifələrindən biridir.

Address

Xəzər Rayonu Binə Qəsəbəsi
Baku
CEFEROV334

Alerts

Be the first to know and let us send you an email when 334 saylı tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 334 saylı tam orta məktəb:

Shortcuts

Share

Category