19/06/2026
“Udemy ilə Java dərsləri” layihəsinin bağlanış mərasimi keçirilib
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsinin qalibi olmuş “Udemy ilə Java dərsləri” layihəsinin bağlanış mərasimi keçirilib.
Mingəçevir şəhər Milli Qəhrəman Natiq Qasımov adına 4 nömrəli tam orta məktəbin müəllimi Könül Ağayevanın rəhbərliyi ilə həyata keçirilən layihənin əsas məqsədi məktəblilərin proqramlaşdırma sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların rəqəmsal savadlılığının artırılması və müasir texnologiyalara marağının gücləndirilməsi olub.
Layihə çərçivəsində iştirakçılar Udemy platformasında təqdim olunan Java proqramlaşdırma kursu vasitəsilə beynəlxalq standartlara uyğun təhsil alıb, nəzəri biliklərini mentor dəstəyi və praktiki fəaliyyətlərlə daha da möhkəmləndiriblər. Təlimlər zamanı şagirdlər Java proqramlaşdırma dilinin əsasları, alqoritmik düşüncə, obyekt yönümlü proqramlaşdırma və sadə proqram təminatlarının hazırlanması istiqamətində bilik və bacarıqlar əldə ediblər.
Bağlanış mərasimində Mingəçevir Dövlət Universitetinin Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutunun rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Aidə Mustafayeva çıxış edərək layihənin əhəmiyyətini vurğulayıb, iştirakçıları uğurla başa vurduqları təlim proqramı münasibətilə təbrik edib. O, gənclərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinin müasir dövrün əsas prioritetlərindən biri olduğunu qeyd edib.
Tədbirdə Mingəçevir Dövlət Universitetinin Ekoloji Davamlılıq və İqlim Fəaliyyəti Mərkəzinin rəhbəri Şəbnəm İslam da çıxış edərək layihənin məktəblilərin inkişafına verdiyi töhfələrdən danışıb, onların gələcək təhsil və karyera həyatında bu biliklərin mühüm rol oynayacağını bildirib.
Layihənin eksperti, Mingəçevir Dövlət Universitetinin əməkdaşı Aynur Quliyeva çıxışında layihə müddətində əldə olunmuş nəticələrdən bəhs edib, iştirakçıların proqramlaşdırma sahəsində qazandıqları bilik və bacarıqları yüksək qiymətlə