Eko Könüllülər ilə Yaşıl-Zona Parkının Yaradılması

Eko Könüllülər ilə Yaşıl-Zona Parkının Yaradılması Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII Qrant Müsabiqəsi

Təhsildə qrantlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yevlax r. Xaldan kənd kompleks tam orta məktəbi Mərkəz...
19/03/2025

Təhsildə qrantlar
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Yevlax r. Xaldan kənd kompleks tam orta məktəbi
Mərkəzi Aran Regional Təhsil İdarəsi

✅Xaldan Kənd Kompleks Tam Orta Məktəbində “Eko Könüllülər ilə Birlikdə Yaşıl Zona Parkının Yaradılması” Layihəsinin Bağlanış Tədbiri Keçirildi

✅ Elm və Təhsil Nazirliyinin 8-ci qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Eko Könüllülər ilə Birlikdə Yaşıl Zona Parkının Yaradılması” layihəsi uğurla başa çatdı. Layihə çərçivəsində məktəblilərdə ekoloji şüurun artırılması, ekoloji könüllülüyün təşviqi və plastik tullantılarla mübarizə yollarının öyrədilməsi məqsədilə bir sıra maarifləndirmə və praktiki fəaliyyətlər həyata keçirilib.

✅Layihənin bağlanış mərasimində Xaldan Kənd Kompleks Tam Orta Məktəbində yatadılan "EKO-Park" ərazisində 100-dən çox dekorativ ağac və gül kolları könüllülər tərəfindən əkildi. Bu fəaliyyət ekoloji dəyərlərin məktəblilər arasında yayılmasına və onların ətraf mühitə daha həssas yanaşmasına töhfə verdi.

✅Bağlanış tədbirində Mingəçevir Dövlət Universitetinin “Bir Könüllü” tələbə təşkilatının üzvləri də iştirak ediblər. Onlar məktəbin eko könüllüləri və layihədə iştirak edən şagirdlərlə birlikdə ağacəkmə aksiyasına qoşularaq ərazinin yaşıllaşdırılmasına dəstək göstəriblər. Aksiya zamanı məktəblilərə əkilən ağacların qulluq qaydaları və ekoloji mühitin qorunmasının əhəmiyyəti barədə ətraflı məlumat verilib.

✅Tədbirdə iştirak edən məktəbin direktoru Günel Yusifzadə layihənin şagirdlərin ekoloji bilik və bacarıqlarının inkişafına mühüm töhfə verdiyini qeyd edərək, gələcəkdə də bu tip ekoloji layihələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.

✅Layihənin rəhbəri Vüsalə Qasımova məktəb ərazisində yaradılan “Yaşıl Zona Parkı” ilə şagirdlər üçün ekoloji cəhətdən sağlam mühit formalaşdırıldığını və onların bu mühitə sahib çıxmasının vacibliyini qeyd edib.

✅Layihə eksperti Aynur Araz ekoloji könüllülük anlayışının məktəblilər arasında yayılmasının və onların ekoloji məsuliyyətli vətəndaş kimi formalaşmasının vacibliyini vurğulayıb.

✅Mingəçevir Dövlət Universitetinin müəllimi, peşəkar təlimçi Şəbnəm İslamova ekoloji problemlərlə bağlı maarifləndirmənin təkcə şagirdlər üçün deyil, ümumilikdə cəmiyyət üçün vacib olduğunu bildirib və belə təşəbbüslərin gələcəkdə geniş miqyasda tətbiq edilməsinin əhəmiyyətini qeyd edib.

✅Layihənin bağlanış mərasimində məktəblilər ekoloji biliklərə yiyələnməyin onların gələcək həyatına necə təsir göstərə biləcəyi barədə fikirlərini bölüşüblər. Tədbirin sonunda layihədə fəal iştirak edən şagirdlərə sertifikatlar təqdim olunub.

✅Bu uğurlu layihə Xaldan Kənd Kompleks Tam Orta Məktəbində ekoloji maarifləndirmənin və ekoloji könüllülüyün inkişafına töhfə verməklə yanaşı, məktəb ərazisinin daha yaşıl və ekoloji baxımdan sağlam bir mühitə çevrilməsinə xidmət etmişdir. Layihənin davamlılığını təmin etmək məqsədilə məktəbin eko könüllüləri mütəmadi olaraq yaşıllaşdırma işlərini davam etdirəcəklər.

✅Mingəçevir Dövlət Universitetinin “Bir Könüllü” tələbə təşkilatının layihəyə qoşulması və məktəblilərlə birgə fəaliyyət göstərməsi isə gələcəkdə universitetlə orta məktəblər arasında ekoloji əməkdaşlıqların genişlənməsinə şərait yaradacaq.

13/03/2025

Təhsildə qrantlar
Yevlax Rayon Xaldan Kompleks

✅Layihədə iştirak edən şagirdlərin fikirlərini aldıq.

✅Uğurlar hər birinizə 💫

13/03/2025

Təlimlərdən videoçarxı təqdim edirik!

13/03/2025

Təlimlərdən videoçarxı təqdim edirik

Təhsildə qrantlar Yevlax Rayon Xaldan Kompleks ✅Xaldan Kənd Kompleks Tam Orta Məktəbində EKO-Parkın Abadlaşdırılması Dav...
13/03/2025

Təhsildə qrantlar
Yevlax Rayon Xaldan Kompleks

✅Xaldan Kənd Kompleks Tam Orta Məktəbində EKO-Parkın Abadlaşdırılması Davam Edir

✅Elm və Təhsil Nazirliyinin 8-ci qrant müsabiqəsi çərçivəsində Xaldan Kənd Kompleks Tam Orta Məktəbində həyata keçirilən “Eko Könüllülər ilə Birlikdə Yaşıl Zona Parkının Yaradılması” layihəsi çərçivəsində parkın abadlaşdırılması işləri uğurla davam edir.

✅Hazırda parkın infrastrukturunun qurulması istiqamətində bir sıra mühüm işlər görülüb. Park ərazisinə daş səkilər yerləşdirilib, gediş-gəliş üçün rahat yollar salınıb. Həmçinin, parkın ərazisində oturacaqlar quraşdırılaraq şagirdlər və məktəb icması üçün istirahət məkanı yaradılıb.

✅Bundan əlavə, şagirdlər ağacəkmə aksiyasını uğurla davam etdirirlər. Onlar ekoloji tarazlığın qorunması, təbiətə qayğı və yaşıllıqların artırılması məqsədilə müxtəlif növ fidanlar əkərək parkın daha yaşıllaşmasına töhfə verirlər.

✅EKO-Parkın yaradılması yalnız abadlaşdırma layihəsi deyil, eyni zamanda məktəblilərin ekoloji biliklərini artırmaq, onların təbiətə olan həssaslığını gücləndirmək və ekoloji könüllülük ruhunu inkişaf etdirmək məqsədi daşıyır. Layihə çərçivəsində şagirdlər ekoloji davamlılıq, ətraf mühitin qorunması və təbii sərvətlərdən səmərəli istifadə mövzusunda maarifləndirilir.

✅Qeyd edək ki, layihənin rəhbəri Vüsalə Qasımovadır. EKO-Park, məktəbin şagirdlərinin və müəllimlərinin ekoloji cəhətdən daha sağlam və yaşıl bir mühitdə təhsil almasını təmin edəcək.

-Park

Təhsildə qrantlar Yevlax Rayon Xaldan Kompleks ✅Xaldan Kənd Kompleks Tam Orta Məktəbində “Ağacəkmə və Torpaq Mühafizəsi”...
13/03/2025

Təhsildə qrantlar
Yevlax Rayon Xaldan Kompleks

✅Xaldan Kənd Kompleks Tam Orta Məktəbində “Ağacəkmə və Torpaq Mühafizəsi” Mövzusunda Təlim Keçirilib

✅Elm və Təhsil Nazirliyinin 8-ci qrant müsabiqəsi çərçivəsində Xaldan Kənd Kompleks Tam Orta Məktəbində həyata keçirilən “Eko Könüllülər ilə Birlikdə Yaşıl Zona Parkının Yaradılması” layihəsi çərçivəsində “Ağacəkmə və Torpaq Mühafizəsi” mövzusunda təlim keçirilib. Təlimin məqsədi şagirdlərə ekosistemin qorunması, ağacların ətraf mühitə faydaları və torpağın eroziyadan mühafizəsi barədə bilik və bacarıqlar aşılamaqdır.

✅Təlim Mingəçevir Dövlət Universitetinin müəllimi, ekoloji təlimçi Şəbnəm İslamova tərəfindən aparılıb. Təlim zamanı şagirdlər:

✅ Ağacların ekosistemə və insan sağlamlığına təsiri
✅ Torpaq eroziyasının qarşısının alınması üsulları
✅ Düzgün ağacəkmə texnikaları və fidanlara qulluq qaydaları
✅ Yaşıllıqların ekoloji dayanıqlılığa töhfəsi barədə məlumat əldə ediblər.

✅Təlimin praktiki hissəsində şagirdlər müəllim və könüllülərin rəhbərliyi ilə məktəb ərazisində ağacəkmə aksiyasında iştirak ediblər. Onlar fidanların düzgün əkilməsi və becərilməsi prosesini öyrənərək, ekoloji təşəbbüslərdə aktiv iştirak etməyin əhəmiyyətini anlayıblar.

✅Qeyd edək ki, layihənin rəhbəri Vüsalə Qasımovadır və layihə çərçivəsində yaradılan EKO-Park məktəb icmasının ekoloji şüurunun artırılması və yaşıl ərazilərin genişləndirilməsi məqsədinə xidmət edir.

-Park

Təhsildə qrantlar Yevlax Rayon Xaldan Kompleks ✅Xaldan Kənd Kompleks Tam Orta Məktəbində “Artıq Tullantıların Əsasları: ...
13/03/2025

Təhsildə qrantlar
Yevlax Rayon Xaldan Kompleks

✅Xaldan Kənd Kompleks Tam Orta Məktəbində “Artıq Tullantıların Əsasları: Azalt, İstifadə Et, Geri Emal” Mövzusunda Təlim Keçirilib

✅Elm və Təhsil Nazirliyinin 8-ci qrant müsabiqəsi çərçivəsində Xaldan Kənd Kompleks Tam Orta Məktəbində həyata keçirilən “Eko Könüllülər ilə Birlikdə Yaşıl Zona Parkının Yaradılması” layihəsi çərçivəsində “Artıq Tullantıların Əsasları: Azalt, İstifadə Et, Geri Emal” mövzusunda təlim keçirilib.

✅Təlim Mingəçevir Dövlət Universitetinin müəllimi, ekoloji ekspert Şəbnəm İslamova tərəfindən aparılıb. Sessiya zamanı şagirdlər tullantıların ətraf mühitə təsiri, onların düzgün idarə olunmasının əhəmiyyəti və tullantıların azaldılması yolları barədə maarifləndirilib.

Təlim çərçivəsində şagirdlər:

♻ Artıq tullantılar və onların ətraf mühitə təsiri haqqında əsas anlayışları
♻ “Azalt, İstifadə Et, Geri Emal” (3R) prinsipini və onun əhəmiyyətini
♻ Gündəlik həyatda tullantıları necə azaltmağın yollarını
♻ Plastik və digər materialların alternativlərindən istifadə etmə üsullarını
♻ Geri emal olunan və olunmayan tullantıları ayırd etmə bacarıqlarını öyrəniblər.

✅İnteraktiv keçirilən təlimdə şagirdlər üçün müxtəlif praktik məşğələlər təşkil olunub. Onlar tullantıların düzgün çeşidlənməsi, təkrar istifadəsi və ekoloji cəhətdən dayanıqlı davranışlarla bağlı real nümunələr üzərində işləyiblər.

✅Qeyd edək ki, layihənin rəhbəri Vüsalə Qasımovadır və layihə çərçivəsində məktəbin ərazisində EKO-Park yaradılır. Bu təşəbbüs şagirdlərin ekoloji şüurunun artırılmasına, ətraf mühitin qorunmasına və davamlı inkişaf prinsiplərinin məktəb mühitində tətbiqinə töhfə verməyi hədəfləyir.

-Park

13/03/2025

Təhsildə qrantlar
Hazırlıq işləri aparılan Yevlax Rayon Xaldan Kompleks məktəbinin həyətindəki park ərazisindən videoları təqdim edirik!!!

Address

Xaldan Mekteb
Yevlax
YOXDUR

Alerts

Be the first to know and let us send you an email when Eko Könüllülər ilə Yaşıl-Zona Parkının Yaradılması posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Eko Könüllülər ilə Yaşıl-Zona Parkının Yaradılması:

Share

Category