07/02/2024
Dostlar, söz verdiyim kimi, bazarın ən unikal layihələrindən biri olan "AZİZİ Venice" - Dubayın Venesiyası haqqında sizə məlumat vermək istəyirəm.
Gəlin, birlikdə bu layihənin üstünlüklərinə nəzər salaq.
1. Lokasiya:
Əvvəlki paylaşımlarımdan birində Dubayın cənub rayonu barədə söhbət açmışdım. "AZİZİ Venice" layihəsi Dubayın cənubunda, şəhərin dörd əsas nəqliyyat arteriyalarından biri olan E611 - Emirates Road avtobanı üzərində yerləşir. Buranı "Al Maktoum" Hava Limanından - 5, "Palm Jebel Ali"dən - 15, "Dubay Marina" və "Palm Jumeirah"dan yalnız 20 dəqiqəlik yol ayırır. Dubay metrosunun tikilməkdə olan mavi xəttinin bir stansiyası "AZİZİ Venice" layihəsinin yaxınlığındadır və massivi metro stansiyası ilə kanat yolu birləşdirir.
2. Komfort:
"Azizi Venice", şəhər içində yaşıl bir şəhərcikdir. İnşaat 136 milyon kvadrat metr ərazini əhatə edir və ümumi sahənin 23 faizi layihənin əsas mövzusu olan su qurğularına və laqunalara ayrılmışdır. Şəhərciyin içərisində daxili nəqliyyat vasitəsi kimi, kanallarda qondolların hərəkəti nəzərdə tutulmuşdur.
Layihə üzrə 261 villa və yaşayış binalarında 15.000 mənzil inşa olunur. Ərazidə məktəblər, bağçalar və xəstəxanalar daxil, 14 qeyri-yaşayış obyekti inşa olunur. Burada 148.000 kvadrat metr qapalı ərazisi, 1.5 km uzunluğunda yaşıl bulvarı olan alış-veriş mərkəzi inşa olunur.
Layihənin digər özəlliyi, 1500 nəfərlik opera teatrı binasının burada inşa olunmasıdır. Bu, Dubayda ikinci opera teatrı olacaq. Bundan əlavə, ərazidə biznes mərkəzi, 3 otel, park, gəzinti zonası, çox sayda xidmət obyektləri sakinlərin istifadəsinə veriləcəkdir.
3. Qiymət və ödəniş şərtləri:
Bu layihədə mənzil qiymətləri, 30 kvadrat metrlik bir studiya dairə üçün 170.000 dollardan başlayır.
Ödəniş planı mərhələlidir.
Birinci tranş - rezervasiya - mənzilin ümumi dəyərinin10 faizi ödənilir;
İkinci tranş - inşaat - 4 dəfəyə mənzilin dəyərinin 40 faizi ödənilir;
Üçüncü tranş - açar təhvili - mənzilin dəyərinin qalan 50 faizi ödənilir.
Hazırda layihə icra olunmaqdadır və birinci - 2025-ci ilin sonu, ikinci - 2026-cı ilin sonu, və üçüncü - 2027-ci ilin sonu olmaqla 3 mərhələyə tam yekunlaşacaqdır.
"AZİZİ Venice" layihəsinə tələbat çox yüksəkdir: mənzilləri satışa çıxarılmış 14 binadan altısında artıq satın alınacaq mənzil qalmamışdır. Bu ərazidə kvadrat metrin orta qiyməti il ərzində 70 faizdən çox artım göstərmişdir. Beləliklə, "AZİZİ Venice" Dubayda əlverişli lokasiya, komfortlu həyat və cazibədar qiymətlər təklif edən, həm investisiya, həm də şəxsi istifadə üçün əla seçimdir.
Telegram kanalımda daha ətraflı məlumat əldə edə bilərsiniz: https://t.me/psidubay
Əlaqə üçün:
Telefon/Whatsapp: +971 50 981 29 71
Telegram:
E-mail: [email protected]
Sizin əmlak məsləhətçiniz,
Rəşad Muradxanlı.