20/07/2022
Arı südü tərkib etibarilə kalium, kalsium, maqnezium, sink, dəmir, mis və s. mineral maddələr, vitaminlər (B1, B2, B3, B6, B5, B7, B9 və C vitamini), hormonlar (estradiol, testosteron, progesteron), karbohidratlar (qlükoza, fruktoza, saxaroza), sərbəst aminturşuları və qan zərdabı zülallarına yaxın olan zülallar (albumin və globulinlər) daxil olmaqla ümumilikdə 110 müxtəlif birləşmə ehtiva edir. Lipid tərkibinin 90 %-i yağ turşularından, qalan hissəsi isə neytral lipidlər və steroidlərdən ibarətdir. Arı südü proteinlər və azı səkkiz əsas aminturşu ehtiva edən əvəz olunmayan aminturşuları ilə zəngindir.
Property