Bütöv Azərbaycan Ocaqları

Directions Website

Bütöv Azərbaycan Ocaqları Bütöv Azərbaycan Ocaqlarının (BAO) rəsmi səhifəsi təşkilatın fəaliyyətini sosial mediada əks etdirmək üçün yaradılmışdır.

29/09/2026

Türkmənistan türkcəsinin milli günü.

29/09/2026

Xudafərin körpüsünün azad edilməsi.

29/09/2026

İki dövlət, tək ürək.

29/09/2026

Təbriz həbsxanasındakı fəallarımızdan mesaj var.

BAŞSAĞLIĞIBütöv Azərbaycan Ocaqlarının (BAO) üzvləri, tanınmış jurnalist, "Xural" qəzetinin Baş redaktoru, uzun müddətdi...
28/09/2026

BAŞSAĞLIĞI

Bütöv Azərbaycan Ocaqlarının (BAO) üzvləri, tanınmış jurnalist, "Xural" qəzetinin Baş redaktoru, uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkmiş

ƏVƏZ ZEYNALLININ

vəfatı ilə əlaqədar kədərləndiklərini bildirir, ailəsinə və mətbuat ictimaiyyətinə dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!

BAO-nun Mətbuat Xidməti.

Bakı, 28 sentyabr 2026-cı il

28/09/2026

Əbülfəz Elçibəy.

Azerbaycan-Türkiye arasında zaman zaman siyasi iktidarlardan, onların siyasi çıkarları uğruna yaptıkları manevralar, att...
27/09/2026

Azerbaycan-Türkiye arasında zaman zaman siyasi iktidarlardan, onların siyasi çıkarları uğruna yaptıkları manevralar, attıkları adımlardan kaynaklanan gerilmeler olmuş, olur ve gelecekte de olacak!
Ancak bu gerilim zamanı olayları daha da vahim hale getirmek için çaba sarfeden'ler esasen ya İran'ın, ya da İsrail'in trol şebekesine dahil olanlardır.
Azerbaycan-Türkiye arasında olan bağlar artık iktidarları aşmış, halklar arasında derin bir köprü oluşmuştur.
Tarih şuuru uyanmış, artık sadece Azerbaycan-Türkiye birliyi ile yetinmeyen milletimiz Turan yolunda ciddi mesafe katetmiştir!
Bir soykırımcı, katil Netanyahu'ya göre hiç kimse bizi bir birimize düşman edemez!
Yaşasın katdeşliğimiz!
Yaşasın Turan!
Şehitlerimizin Ruhları şadolsun!

Aqil Səmədbəyli.

BUGÜN AZƏRBAYCANIN ÜNLÜ TÜRK FİLOSOFU ASİF ƏFƏNDİYEVİN ( ASİF ATANIN ) " AD GÜNÜ "DÜR. BU YAZIMI ONUN ƏZİZ XATİRƏSİNƏ ƏR...
27/09/2026

BUGÜN AZƏRBAYCANIN ÜNLÜ TÜRK FİLOSOFU ASİF ƏFƏNDİYEVİN ( ASİF ATANIN ) " AD GÜNÜ "DÜR. BU YAZIMI ONUN ƏZİZ XATİRƏSİNƏ ƏRMƏĞAN EDİRƏM !

AYDIN MƏDƏT OĞLU QASIMLI
Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent

XX YÜZİLİN ÜNLÜ TÜRK FİLOSOFU ASİF ATANIN
(ASİF ƏFƏNDİYEVİN ) FƏLSƏFİ DÜNYAGÖRÜŞÜ

Öz fəlsəfəsini “ Ruhaniyyat “ , “ Kamil İnsan “,“Mütləqə İnam“,“Azad İnsan “, “Azad və Müqəddəs Millət “ və xüsusilə , “ Bəşəriyyətin nicatı—İnsanlaşmaqdadır ! İnsanlaşın , İnsanlaşdırın ! “ fəlsəfi dünyagörüşü üzərində formalaşdıran Asif Qasım oğlu Əfəndiyev ( Asif Ata ) 25 sentyabr 1935 – ci ildə keçmiş Qazax mahalının Çaykənd kəndində müəllim ailəsində anadan olmuşdur . İlk təhsilini atası Qasım və anası Növrəstə Əfəndiyevlərin dərs dedikləri Çaykənd orta məktəbində alan Asif Əfəndiyev orta təhsilini Gəncə və Ağstafada başa vurduqdan sonra 1952 – ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almağa göndərilmişdi .
Moskvada keçən beş illik tələbəlik dövründə O , dünya tarixini , ədəbiyyatını , incəsənətini , dinlərini , mədəniyyətlərini və fəlsəfələrini müstəqil şəkildə dərindən öyrənmiş , 1957 – ci ildə ali təhsilini başa vuraraq Vətəni Azərbaycana qayıtmış , ömrünün sonuna qədər öz keşməkeşli elmi – fəlsəfi və ictimai – siyasi fəaliyyətini burada davam etdirmiş , 5 iyun 1997 – ci ildə vəfat etmişdir .( Filosofun həyat və fəaliyyəti ilə bağlı geniş məlumat üçün bax : Asif Ata ( İnam Ata ) , Mütləqə İnam Fəlsəfəsi və Ruhaniyyatı ,Nəşrə hazırlayanlar :Soylu Atalı və Nurtəkin Atalı, Atakənd-33, Qanun Nəşriyyatı – 2011 ) .
Asif Atanın keşməkeşli həyat və fəaliyyətini şərti olaraq üç dövrə bölmək olar :
Birinci dövr , uşaqlıq və orta məktəb dövrünü əhatə edir . Bu dövrü müəllif özünün “Kəndliyim” və “ Şəhərliyim “ adlı avtobioqrafik əsərində geniş və hərtərəfli şəkildə şərh etmişdir . Bu duyğulu və səmimi əsərində müəllif kəndindəki insanlardan daha çox Təbiətlə- Dağla , Qaya ilə , Ağacla , Buludla , Qarla- Yağışla bir yerdə böyüdüyünü, insanların deyil , Dağın , Qayanın , Ağacların sayəsində “ “İnsaniləşdiyini “ bədii şəkildə qələmə almış və belə bir nəticəyə gəlmişdir ki , “ İnsan, Darvinin dediyi kimi Meymundan deyil , Dağdan ,Daşdan , Çaydan , Göydən əmələ gəlib “ .“Şəhərliyim “ adlanan əsərinin II fəslində müəllif Gəncə şəhərindən , onun əzəmətli Çinarlarndan , “ Qalaya “ bənzəyən ev həyətləri və onların darvazalarından , məhəllə uşaqlarından bəhs etmiş , Gəncə şəhəri ilə öz doğma kəndini müqayisə edərək göstərir ki , kənddə Təbiətlə evlər arasında , evlərlə evlər arasında vəhdət vardı , insanlar bir –biri ilə çox yaxın münasibətdə idilər . Biri öləndə hamısı ağlayardı . Şəhərdə isə bütün bunlar belə deyildi . Burada hər kəs özünü o birisindən qoruyurdu .
İkinci dövr , mütəfəkkirin Moskvadakı tələbəlik və axtarışlar dövrüdür . Bu dövrdə filosof , başda mənsub olduğu Türk milləti olmaqla dünyanın bəlli – başlı xalqlarının bütün mənəvi irsini öyrənməyə sərf etmiş , araşdırmış , öyrənmiş , öyrəndiklərini bir –biri ilə müqayisə etmiş , sistemləşdirmiş və sonda belə bir qərara gəlmişdir ki : “ Mən , Dünyalaşdıqca Azərbaycanlaşdım . Hegelləşdikcə Füzuliləşdim . Kontlaşdıqca , belə deyək , Nizamiləşdim . C . Brunolarını , onların fəlakətlərini öyrəndikcə Nəsimiləşdim . Başa düşdüm ki , Azərbaycan çox böyük bir Aləmdir “ .
Filosof , yaradıcılığının üçüncü dövründə sistemləşdirdiyi bu dəyərləri xalqına və bəşəriyyətə ərməğan etməyə çalışıb və demək olar ki , buna nail olub . Qalır Xalqının , daha sonra isə Bəşəriyyətin onun bu müəzzəm “ İnsanlıq Fəlsəfəsi “ni həyata keçirməsi.
Filosof öz dəyərlər sistemini “ ( A+ ) Zərdüştlük – İşıqçılıq , Dədə Qorqudçuluq – Ağsaqqallıq , Babəkilik – Xürrəmilik , Hürufilik – Ənəlhəqlik , Füzulilik – Aşiqlik , Muğamçılıq , Loğmançılıq – Sazçılıq və Tanrıçılıq “ üzərində cəmləşdirib . Bütün bunlar mütəfəkkiri “ İnsanlaşmaq “ uğrunda Ruhani mücadiləyə yönəldib . Bu fərəhli mücadilə onun daxilində ucalaraq ülviyyətə çevrilmiş , yeni məzmun və məna kəsb etmişdi ki , bunlardan da biri “ İnsanlaşma olmadan , Müstəqil Vətən , Azad Millət formalaşdırmaq mümkün deyil “ fəlsəfi düşüncəsi idi .
“ İnsanlaşmaq “ üçün İnam əsas şərtdir , İnam olmadan heç nə olmaz . Asif Atanın irəli sürdüyü İnam İnsana və İnsandakı bu ali keyfiyyətə bağlıdır . Bu İnam , elmə , biliyə, idraka əsaslanan “ Mütləqə İnam Fəlsəfəsi “ dir . Bu fəlsəfə , özündən əvvəlki bütün fəlsəfələrdən tamamilə fərqlənir . Bu fəlsəfədə şərhçilikdən əsər - əlamət yoxdur. Bu fəlsəfə , qısa və yığcam şəkildə İnsanı gözəlliyə , aliliyə , müqəddəsliyə və İnsanlığa bağlayan fəlsəfi düşüncə sistemidir . Burada fanatizmə , fantaziyaya , sehrə , möcüzəyə yer yoxdur . Burada dini dünyagörüş , İnamla əvəz edilir, İnsanı fövqəltəbii və transsendental qüvvələrin quluna çevirməkdən azad edir . Filosof göstərir ki , Din , İnsanda qorxu , itaət yaratdığından İnsanı mütiləşdirir , İnam isə İnsana daxili güc verdiyindən onu mənəvi Kamilliyə yüksəldir .
“ İnsan , Mütləqi Göylərdə deyil , içində axtarmalı , içində tapmalıdır “ , “ Ədalətin təməli Göylərdə deyil , İnsanın daxilindədir “ – deyən filosof göstərir ki , dində İnsan bəndəliyə , qul psixologiyasına alışdırıldığı halda , İnamda İnsan öz həqiqi dəyərini anlayır , həqiqi qiymətini tapır . İnsan , daxilində Mütləqi daşıyan , şəraitdən , mühitdən, zamandan və hətta gerçəklikdən üstün olan , Mütləqliyə meyl edən və Mütləqləşməyə qadir olan Ruhani bir Varlıqdır .
Filosofa görə , dində Dünya Dünyadan kənar iradənin təsiri ilə yoxdan yaradılır , sonra isə “ heç “dən yaranan bu Dünya fani ( heç ) sayılır . Dində “yaşamaq “ , formal sayılır , İnsan ömrü “ Əsas Dünya “ hesab edilən “ O Dünyaya “ keçid mərhələsi kimi təqdim edilir , İnsan sevgisini bu Dünyaya deyil , “ O biri Dünya “ya yönəldir . O biri dünyanın qayğısı ilə yaşayan İnsan , bu Dünyada özünü heçliyə çevirir , bu Dünyanı Axirət qarşısında törəmə bir vasitəyə çevirir . İnam fəlsəfəsində isə “ Əzəli , Əbədi və Sonsuz “ olan Dünya heç vaxt faniləşmir , tükənmir . Dünya öz hadisələri ilə daim yeniləşsə də , Dünya Dünya olaraq qalır.
Filosof göstərir ki , dində həqiqi anlamda “ Vətən və Millət “ anlayışı yoxdur . İnam fəlsəfəsində isə Vətən və Millət əbədi , ölməz dəyərlərin mövcud olduğu ünvandır. Əbədi və ölməz olan müqəddəs ünvan isə fani ola bilməz . Vətən və Millət bir –birinə əbədi bağlı olub , vəhdət təşkil edir . Millət öz Ruhunda əbədi keyfiyyətlər saxlayır ki , bunlardan biri də Vətəndir . Millət sadəcə insanların cəmi deyil , birliyi , bütövlüyüdür . Bu birlik , bu bütövlük mənəviyyatın dərinliyində mövcud olduğundan ona heç nə müdaxilə edə bilmir .Mütəfəkkirə görə, Millətləşmək , Vətənləşməkdir .Millətləşmədən , Vətənləşmədən Dünyalaşmaq olmaz . “ Bütün dünya mənim vətənimdir “ – deyənlər Vətənin nə olduğunu dərk etməyənlərdir . Vətəni Dünyaya çevirməyənlər Dünyanı da tanımaz və sevməzlər . Vətənsizlər ülviyyəti görməzlər . Öz Millətini inkişaf etdirmək , ona xidmət etmək , onu sevmək öz Milləti vasitəsilə Bəşəriyyəti inkişaf etdirmək , Bəşəriyyətə xidmət etmək , Bəşəriyyəti sevmək deməkdir .
Asif Atanın “ İnam Fəlsəfəsi “nin adı “ İnsanilik”dir , “ İnsanlaşmaq “dır , yəni əslində Bəşərilikdir . Filosofun bu dünyagörüşünün əsası “ İnsanlaşın , İnsanlaşdırın ! Bəşərin nicatı İnsanlaşmaqdadır “ doktrinasıdır . “ Zəmanə İnamını – İnamsızlıq saydım , İnam yaratdım ! Zəmanə İdrakını – İdraksızlıq saydım , İdrak yaratdım ! Zəmanə Mənəviyyatını – Mənəviyyatsızlıq saydım , Mənəviyyat yaratdım ! Zəmanə İradəsini – İradəsizlik saydım , İradə yaratdım ! Zəmanə Amalını – Amalsızlıq saydım , Amal yaratdım ! Zəmanə Əməlini – Əməlsizlik saydım , Ocaq qaladım . Təqiblərə yüksəldim, Ata çağırıldım ! Bəşərin nicatı – İnsanlaşmaqdadır ! İnsanlaşın ! İnsanlaşdırın “ – deməklə Asif Ata ilk olaraq yeni Bəşəri Sivilizasiyanın əsasını qoymuş , İnsanlararası münasibətlərin Ruhani ana xəttini müəyyənləşdirmişdir . Bununla filosof , özünəqədərki qorxu və təlqin ənənəsinə əsaslanan Ruhaniyyat fəlsəfəsinin yerinə İnama əsaslanan “ Ruhaniyyat Fəlsəfəsi “ ni irəli sürmüşdür
Filosofun İnama əsaslanan Ruhaniyyat Fəlsəfəsinin əsas tələbi İnsanın Özünüdərkidir . Özünüdərk prosesi Haqqın , Həqiqətin gerçəkləşməsini şərtləndirir .
Filosof özünün “ Mütləqə İnam “ fəlsəfəsini sistemləşdirərək göstərir ki :
--İnam , İnsan qəlbinin , İnsan idrakının “ Anlama “ qovuşması ilə meydana çıxan Müqəddəs Fikirlər sistemidir ;
--İnam , Bəşər Ruhunun ölməzliyinə bağlıdır ;
--İnamın məqsədi İnsanilikdir ;
--İnamı Dinlə bərabər tutmaq olmaz ;
--Mütləqə İnam ümumbəşəri bir dünyabaxışdır ;
--İnam , insanların və xalqların öz Ruhaniyyatlarını yaratması üçün stimul verir ;
--İnam , İnsanı özünə qaytarır ;
--İnam , İnsan qəlbində Ali Həqiqətə ehtiraslı pərəstiş yaradır ;
--İnam , İnsanda adiliyə , süniliyə qarşı güclü bir etiraz yaradır ;
--İnam vasitəsilə İnsanın bütün cəhətləri dərk olunur ;
--İnam , İdraka əsaslanır : İdrak İnamdan başlayır , davam edir və İnamla nəticələnir ;
--İnam , İdraka təkan verən qüvvədir . İnam , İdrakın bütün mərhələlərində mövcud olur . İnamsız qavrama , təsəvvür , təfəkkür , mühakimə , nəzəriyyə olmur . Bütün bunlar İnam tələb edir ;
--İnamdan başlayan , İnamla irəliləyən , İnamla nəticələnən İdrak İnamı qoruyur – İdraklı İnam , İnamlı İdrak yaranır ;
--İnam , Həqiqət yönüdür . Həqiqətin dərki İnam tələb edir ;
--İnam , İdrakı Həqiqətə yönəldir . İnam , İdrakın Həqiqət yönüdür ;
-- İdrak , Həqiqəti dərk eləyir , İnam onu təsdiq edir ;
--İdrak , İnamı yalandan , cəfəngiyatdan qoruyur ;
--İdrak , İnamdan ayrılanda yolsuzlaşır . İnam , İdrakdan ayrılanda dinləşir ;
--İnamçılıq uzun yoldur , ancaq Azadlığın yeganə yoludur ;
--İnamsız fəlsəfələr –Aqnostiklik , əslində İdraksızlıq fəlsəfələridir ;
--İnam Fəlsəfəsi , yalançı inama –dinə , xurafata qarşı çıxan , İnama gərək olan, İnam Həqiqətini dərk edən , İnamla yüksələn Fəlsəfədir ! ( Seçmələr bizimdir – A . M . Bax : İnam Ata ( Asif Ata ) , On Kutsal Bitiq , Fəlsəfənin Təməli , Dördüncü Bitiq , Atakənd –34 , Qanun Nəşriyyatı – 2012 ) .
Bütün Dünya fəlsəfə tarixində heç bir filosof , hətta Hegel belə fəlsəfəni Asif Ata səviyyəsində sistemləşdirməmişdir . Bütün fəlsəfəsini təzadlar , əksiliklər üzərində quran Asif Atanın fəlsəfi sistemində digər filosoflardan fərqli olaraq heç bir boşluq yoxdur .
Bəşəriyyətin günümüzədək bütün tanınmış filosoflarının fəlsəfi dünyagörüşlərinə öz münasibətini bildirən Asif Ata öz fəlsəfəsini fəlsəfənin əsas mövzusu olan İnsan , Təbiət , Cəmiyyət və İnanc sistemi üzərində qurmuşdur . Bu sistemdə hər şey İnsanlaşmağa və İnsanlaşdırmağa xidmətə yönəlmişdir .
Öncə yaratdığı “ Ocaq “ Yükümlərinin , sonra mənsub olduğu Ulu Türk millətinin , daha sonra isə bütün Bəşəriyyətin “ İnsanlaşması”na çalışan filosof , özünəqədərki bütün dünya filosoflarının İnsan , Təbiət , Cəmiyyət , Tanrı və bunlar arasındakı əlaqələrlə bağlı fikir və mülahizələrini ağıl və məntiq süzgəcindən keçirərək özünün xüsusi fəlsəfi konsepsiyasını irəli sürmüşdür .
Filosofa görə , İnsani Dünya , İnsani Təbiət , İnsaniləşən Dünya , İnsaniləşən Təbiətdir . İnsaniləşən Dünya , İnsaniləşən Təbiət , əvvəlki və mövcud səviyyəsindən yüksəyə qalxır , yeni səviyyə əldə edir , yeni məna kəsb edir . İnsan , maddiyyatı maddiyyatdan yüksəyə qaldırır , ona yeni məna gətirir . İnsanla təmasda olan Dünya “İnsani “ məna kəsb edən Dünyadır . İnsani Dünyada , Dünya İnsaniləşir , İnsan Dünyalaşır . İnsandan kənardakı Aləm , İnsani münasibətlər dairəsində yeni məzmun qazanır . İnsaniləşən Dünya , təzələşən Dünya olur . Dünyanın , Təbiətin İnsaniləşməsi , Dünyanın , Təbiətin Ruhaniləşməsi deməkdir .
Filosof göstərir ki , İnsan həm də maddi və cismani varlıq olduğundan O , maddi qanunlara da riayət edəndir . Ona görə də İnsan Dünyaya , Təbiətə yalnız Ruhanilik baxımından deyil , həm də faydalıq , mənimsəmə baxımından yanaşır . Burada İnsanın Dünyaya , Təbiətə münasibətinin ziddiyyətli xüsusiyyətləri meydana çıxır . Öz mahiyyətini tam təsdiq edə bilməyən İnsan maddiyyata tam Ruhani münasibət bəsləyə bilmir . Bu ziddiyyət , maddiliklə Ruhaniliyin ziddiyyətindən doğur və İnsan həyatına mürəkkəb bir gərginlik gətirir . Əslində İnsan öz mahiyyətinə görə Dünyanı mütləq mənada İnsaniləşdirməliydi . Ancaq gerçəklikdə O , Dünyanı həm də mənimsəyir . İnsaniləşdirmə , İnsaniliyin ifadəsidirsə , mənimsəmə ümumən bütün canlılara xas olan cəhətdir . Bu səbəbdən də İnsani Dünya , İnsaniləşən Dünya İnsandan kənardakı Dünyanın İnsani Dünyaya çevrilməsi , İnsanla Dünya arasındakı yadlığın aradan qaldırılması , İnsanla Dünyanın bir – birinə qovuşması , Dünya ilə İnsan arasında birliyin yaranmasıdır .
Filosofa görə , İnsan kimi mövcud olmaq , Dünyanı “ Özümləşdirmək “ deməkdir . Özümləşdirmək üçün isə ən əvvəl Özümləşmək , yəni , Müstəqilləşmək , Özünü təsdiq etmək , əsarətdən xilas olmaq gərəkdir . Yalnız Özümləşən Özümləşdirməyə qadirdir . Dünyanı Özümləşdirmək üçün Onun əsarətindən xilas olmaq lazımdır . Ona görə də İnsan Onu kölələşdirən , maddiləşdirən , əşyalaşdıran , vəhşiləşdirən nə varsa , onların hamısından azad olmalıdır . Çünkü Özümləşmədə İnsan həm Özünü , həm də Dünyanı təsdiq edir . Özümləşmə balaca “ Mən “in ölümü , böyük “Mən “in doğulmasıdır .
Özümləşən İnsan həm Dünyanı Özümləşdirir , həm də Özünü Dünyalaşdırır . Özümləşən İnsan daxilindəki qorxunu , şəhvətpərəstliyi , sərvətpərəstliyi , yırtıcılığı , hərisliyi , xudpəsəndliyi , küdurəti , xurafatı , zoru , xülyanı , maddiyyatpərəstliyi , varidatpərəstliyi , hakimiyyətpərəstliyi , fatehliyi , hərcayiliyi , zülmkarlığı silir , yox edir. Bütün bunlardan xilas olan İnsan “ Böyük Mən “ olur ( Seçmələr bizimdir – A . Q . Bax : İnam Ata ( Asif Ata ) , On Kutsal Bitiq , 2- ci cild , Mütləqləşmək – Var olmaq , Atakənd – 32 , Qanun – 2010 , səh . 23 – 27 ) .
İnsanla Təbiət və İnsanla Cəmiyyət arasındakı münasibətləri fəlsəfi baxımdan izah edən filosof göstərir ki , Təbiəti mənimsəmək zəruri ehtiyacdır . Çünkü bunsuz İnsan yaşaya bilməz . Lakin bu zəruri ehtiyac İnsanın Təbiətlə ünsiyyətinə qeyri – Ruhanilik , qeyri – müqəddəslik gətirir . İnsanla münasibətdə Təbiət öz müstəqilliyini itirir . İnsan Təbiəti kölə vəziyyətinə salır , Təbiət özündən ayrılır , Təbiətlə İnsan arasında yadlıq yaranır . Buna görə də İnsandan ən çox asılı olan Təbiət əslində İnsana ən çox yad olan Təbiətə çevrilir . Mənimsənilən , istifadə edilən Təbiət Ruhanilikdən , Müqəddəslikdən uzaq düşür . Təbiəti mənimsəyən İnsan əslində Təbiəti itirir . İnsanın Təbiətə sahibliyi Təbiətin İnsandan uzaqlaşması deməkdir . İnsanın Təbiət üzərində sahibliyi Onun ləyaqətinə ziyan vurur . Halbuki , mütləq mənada və mahiyyət baxımından İnsanın Təbiətə münasibəti tam Ruhani olmalıdır . Təbiət İnsandan asılı olmamalıdır . Təbiət , öz müstəqilliyinə , təbiiliyinə qayıtmalı , İnsan Təbiət üzərində ağalıq iddiasından əl çəkməli , Təbiətə Təbiətin gözü ilə baxmalıdır . Yalnız onda Təbiət Təbiətə , İnsan İnsana tam bənzəyəcək . Təbiətin İnsan ağalığından azad olması , Özümləşməsi İnsaniliyin Ali təsdiqi deməkdir . İnsan Təbiətdə özünü tapanda , Təbiətə qovuşanda Təbiət İnsaniləşir .
İnsan Təbiəti İnsaniləşdirməlidir . Səma , Günəş , Dəniz , Dağ , Çay , Göl , bulaq , çöl , yol , Bahar , Yay , Payız , Qış İnsaniləşməlidir . Belə olduqda onlar da İnsani mahiyyətin təzahürü kimi də , maddi faydalanma vasitəsi kimi də sevilir , Özümləşən , İnsaniləşən Təbiət Ruhaniləşir . Təbiəti İnsaniləşdirən İnsan Özü ilə Təbiət arasındakı yadlığı aradan qaldırır . Mənimsənilən Təbiət , Özümləşən Təbiətə çevrilir ( Seçmələr bizimdir – A . Q . Bax : İnam Ata ( Asif Ata ) , On Kutsal Bitiq , 2 – ci cild , Müstəqilləşmək – Var olmaq , Atakənd – 32 , Qanun – 2010 , səh . 30 , 31 , 32 , 41 – 44 ) .
İnsanla Cəmiyyət arasındakı münasibətləri şərh edən filosof göstərir ki , Cəmiyyətin əsas məqsədi əslində İnsanı təsdiq etməkdir . İnsana yad olan Cəmiyyət , Özünə də yad olur . Fərd yox olduqda , Cəmiyyət də yox olur . Çünkü Cəmiyyət müstəqil fərdlərin məcmusudur . Əslində İnsan Fərd deməkdir . Həmin Fərd mövcudluğun ali səviyyəsində Cəmiyyət ehtiyacı yaradır . Müstəbidlik həmin ehtiyacı əsarət eybəcərliyinə çevirir . Müstəbidlik , əslində müstəbidin İnsan kimi , şəxsiyyət kimi ölümü deməkdir . Çünkü Cəmiyyətə sahib olan özünə sahib olmur . Hamının mənliyini mənimsəyən öz mənliyini itirir . Mütləq ağalıq , mütləq diktatorluq , mütləq səfalət törədir . Bu baxımdan , Müstəbidin , Diktatorun hökm sürdüyü Cəmiyyət , İnsanlardan , İnsanlıqdan məhrum olan Cəmiyyətdir . Müstəbidlik , Diktatorluq müstəbidin və qarşılıqlı olaraq Cəmiyyətin Ruhani ölümüdür . Müstəbid Cəmiyyət , ölü Cəmiyyətdir . Müstəbidlik , Diktatorluq kütləvi köləlik yaradır . Köləlik isə İnsanın Özündən əl çəkməsi deməkdir . Özündən əl çəkən İnsan , Özündən əl çəkən Cəmiyyət törədir . Belə bir Cəmiyyətdə Müstəbidin , Diktatorun Özü də Qula çevrilir . Çünkü Kölələşdirmək , həm də Kölələşməkdir . Bu baxımdan Müstəbidliyin , Diktatorluğun hökm sürdüyü Cəmiyyət , Kölələr Cəmiyyətidir .
Özümləşən Cəmiyyət , Diktator , Müstəbid əsarətindən azad olan Cəmiyyətdir . Özümləşmək , Kölələr Cəmiyyətini İnsani Cəmiyyətə çevirmək deməkdir . Həyat , müxtəlifliyin , zənginliyin , bənzərsizliyin , əvəzsizliyin təsdiqi olduğu halda , Müstəbidlik , Diktatorluq anti – Həyatdır . Özümləşmək , anti – Həyati münasibətləri ləğv etmək , Cəmiyyəti Diktatorluqdan , Müstəbidlikdən azad edib özünə qaytarmaq deməkdir . Çünkü Cəmiyyət əslində İnsanların Ruhani Birliyidir . Bu Ruhani Birlik , Mənəviyyat , İdrak və Amal Birliyindən doğur . Özümləşən Cəmiyyətdə fərdlə cəmin əsil vəhdəti yaranır , bütün insanlar Cəmiyyətdən eyni dərəcədə bəhrələnir . Özümləşən Cəmiyyət , Ruhani Kamillərin Cəmiyyətidir . Özümləşmək , müstəbidlikdən , yalan əsarətindən xilas olmaqdır . Özümləşmək , Həqiqətə tapınmaqdır . Özümləşən Cəmiyyət, əslində İnsaniləşən Cəmiyyətdir . Ağanın , sinfin , silkin , mücərrəd ümuminin mənafeyinə deyil , hər bir şəxsin , fərdin mənafeyinə xidmət edən Cəmiyyət , İnsani Cəmiyyət , İnsaniləşən Cəmiyyət sayıla bilər . Bu , o deməkdir ki , maddi mülkiyyət bir şəxsin , mücərrəd ümuminin , dövlətin deyil , hər bir fərdin malı olmalı , mülkiyyətə , maddi sərvətlərə o mülkiyyəti , o maddi sərvətləri yaradanlar sahib olmalıdır . Belə bir Cəmiyyətdə fərdin özünüidarə haqqı qorunur , Cəmiyyət fərdi idarə etmir , əksinə , fərdlərdən Xalq və ya Millət yaradır . Fərdlərdən Xalq , Millət yaratmaq , fərdi duyğu və düşüncəni , həyat tərzini yeni səviyyəyə -- Xəlqi səviyyəyə yüksəltmək deməkdir . Belə bir Xalq və ya Millət fərdiyyətin inkarı yox , zirvəsidir . Həqiqi Cəmiyyətin də əsil məqsədi müstəqil fərdlərdən Xalq , Millət yaratmaqdır . Belə bir Xalq , belə bir Millət ümumi etiqad , inam , fəlsəfi fikir və düşüncə , bədiyyat , dil və s . əsasında yaranan Ruhani Birlikdir . Bu Ruhani Birlik , ümumi adət - ənənəyə əsaslanan məişət birliyi , ümumi tale əsasında yaranan tarixi birlik , Müqəddəsləşən Vətən Birliyi , müstəqil dövlət əsasında yaranan Siyasi Birlik , ümumi mənəvi qanunlar əsasında yaranan Əxlaq Birliyi , əcdad ümumiliyinə əsaslanan Etnos Birliyi əsasında formalaşır . Belə bir Cəmiyyətin başında mənəvi qanunlara ən çox əməl edən , öz “ Balaca Mən “indən imtina edən , zor səlahiyyətindən mütləq mənada əl çəkən , var – dövlətsiz , mülkiyyətsiz , həyatdan ən az alan , həyata ən çox verən , Cəmiyyəti Xalq və ya Millət səviyyəsinə qaldıran , yəni Cəmiyyəti İnsanlaşdıran Kamil Ruhani ləyaqət sahibi olan Şəxsiyyət durmalıdır . İnsanlaşan Cəmiyyət , müstəqilləşən fərd , mülkiyyətləşən əməkçi , yaranan Xalq “ Mütləqləşən Başçı “ deməkdir ( Seçmələr bizimdir – A . Q . Bax : İnam Ata ( Asif Ata ) , On Kutsal Bitiq , 2 – ci cild , Mütləqləşmək – Var olmaq , səh . 32 – 36 , 44 – 48 ) .
İnsanın Özümləşməsi və İnsanlaşması ilə bağlı fəlsəfi fikirlərini şərh edən filosof göstərir ki , Ömür İnsanın sərvətidir . Bu sərvəti O , istədiyi kimi xərcləyir . Ömrün sahibi və memarı İnsanın Özüdür . İnsanın ağlından , duyğularından , iradəsindən kənarda Onun Ömrünə sahib olan heç bir qüvvə yoxdur . İnsanın Öz Ömrünə sahib olması , Ömrün cilovunu Öz əlinə alması deməkdir . Nə Cəmiyyət , nə qanun – qaydalar , nə də başqası İnsanın bu əzəli səlahiyyətini inkar edə bilməz . Bu haqqın təsdiqi , İnsanla Cəmiyyət arasında həqiqi vəhdətin yaranmasını təmin edir . Öz Ömrünə sahib olan İnsan könüllü şəkildə Ömrünü başqasına həsr edə və hətta fəda edə bilər . Bu könüllülük İnsanla Cəmiyyət arasında əsil Ruhani Vəhdətin əsasını təşkil edid . Daxili ehtiyacın təzahürü olan “ Könüllü Ömür “dən keçmə , Müqəddəsliyin təsdiqidir . Ömrünə sahib olan İnsan , “Özümləşən İnsan “ dır . Özümləşən İnsan Öz Ağlına sahib olan , Öz Ağlı üzərində başqasının ağlını rədd edən İnsandır . Özümləşən İnsan , ürəyini eybəcərliklərin təzyiqindən xilas edir , onun təmizliyini , xalisliyini , böyüklüyünü , ülvülüyünü qoruyur . Zorakı məhəbbəti , zorakı səcdəni , zorakı etiqadı , zorakı sevinci , zorakı sədaqəti , zorakı kədəri , zorakı heyrəti rədd edən ürək , əsil məhəbbəti , əsil səcdəni , əsil etiqadı , əsil sevinci , əsil sədaqəti , əsil kədəri və əsil heyrəti yaşadır .
Özümləşən İnsan , Öz İradəsinə sahib olur . Öz İradəsinə sahib olan İnsan , özgə iradəsinin əsarətini qəbul etməz , Öz İradəsinin gücüylə həmin əsarətdən qurtarar . İradəyə sahib olan İnsan , Öz İradəsinin müstəqilliyini qoruyar , ona arxalanar , onu eşidər , Özünü Özünə tapşırar , əzaba əyilməz , maddiyə baş əyməz , nəşəyə uymaz , bədənə yalmanmaz , təbəqələşməz , sinifləşməz , özüylə , gerçəkliklə barışmaz , özündən və gerçəklikdən yüksəyə qalxar , Amalın məntiqini həyatın məntiqindən üstün sayar , həmin məntiqin əsasında yaşayar , İnsani Ləyaqətini təsdiq edər , ÖZÜMLƏŞƏR !
Özümləşən İnsan , Özünə məsul olur , Özü qarşısında cavab verir , Özünün hakiminə çevrilir . Yalnız Özünə cavabdeh olmağı bacaran İnsan Cəmiyyətə cavabdeh ola bilər . Mütləq Özümləşən İnsan , Amala çatar !
İnsan Özünü maddiyyatda , zorda , zahiri möhtəşəmlikdə , hakimiyyətdə , şöhrətdə, şəhvətdə , xudpəsəndlikdə yox , İnsaniləşməkdə tapır . İnsaniləşən İnsan Mütləqləşir . Mütləqləşən İnsanda Mütləq Dostluq , Mütləq Məhəbbət , Mütləq Mənəviyyat , Mütləq Əxlaq , Mütləq Fədakarlıq , Mütləq Paklıq , Mütləq Qəhrəmanlıq , Mütləq Ağıl , Mütləq İradə , Mütləq Cəsarət olur ( Seçmələr bizimdir – A . Q . Bax : İnam Ata ( Asif Ata ) , On Kutsal Bitiq , 2 – ci cild , Mütləqləşmək – Var olmaq , səh . 36 – 41 , 48 , 80 – 92 ) .
Asif Ata fəlsəfənin əsas mövzularından olan Ruh nədir ?, Şüur nədir ?,Ağıl nədir ?, İdrak nədir ?, Azadlıq nədir ?, İnam nədir ?, İradə nədir ?, Ədalət nədir ?, Həqiqət nədir ?, Eşq, Məhəbbət nədir ?, Həyat nədir ?, Gözəllik nədir ?, Xeyir nədir ?, Səadət nədir ?, Təbiilik nədir ? və bunların əksi olan Materiya nədir ?, Maddi nədir ?, Ağılsızlıq nədir ?, Şübhə nədir ?, İradəsizlik nədir ?, Əsarət nədir ?, Zülm nədir ?, Nifrət nədir ?, Şər nədir ?, Şəhvət nədir ?, Ölüm nədir ?, Yalan nədir ?, Fəlakət nədir ?, Çirkinlik nədir ?, Sünilik nədir ? və s . bu kimi İnsana xas olan fəlsəfi anlayışlara özünəqədərki bütün dinlərdən və filosoflardan tamamilə fərqli məna vermişdir .
Bütün fəlsəfi dünyagörüşünü özünün işləyib ərsəyə gətirdiyi “ Mütləqə İnam “ fəlsəfəsi üzərində quran Asif Ata, bu fəlsəfi konsepsiyasını “ İnsan, İnam, Ruh, Həyat və İntibah “ kimi “ Beşlik “ adlandırdığı əsərlərində şərh etmişdir ( Bax: İnam Ata (Asif Ata), On Kutsal Bitiq, Birinci Bitiq, Mütləqə İnam, Atakənd-32, Qanun-2010 ).
Filosofun fəlsəfəsinin onurğa sütununu İnsan təşkil edir . Onun fəlsəfəsində təkcə İnsan özü deyil, Təbiət də, Cəmiyyət də bütün atributları ilə İnsaniləşdirilir. Onun fəlsəfəsində hər şey “ Ali Varlıq “ saydığı İnsanla və Mənəviyyatla bağlıdır . Asif Ata fəlsəfəsində İnsan, Özündə Mütləqlik gəzdirən, şəraitdən, mühitdən, Cəmiyyətdən üstün olan, Mütləqliyə can atan, Mütləqləşməyə qadir olan Ruhani Varlıqdır.
Asif Ata fəlsəfəsinin mövzusu İnsanın cismi, cəsədi deyil, Onun Ruhu, Mənəviyyatıdır. Onun fəlsəfəsində İnsanın mövcudluğu Ruhanilik və Mənəviliklə izah olunur. Onun fəlsəfəsində “ İnsani məna – Ruhani mənadır “, “ İnsanilik əslində Ruhaniliyə bərabərdir “, “ Yalnız Ruhani mövcudluq – İnsani mövcudluqdur “ kimi hökmlər öz əksini tapmışdır.
Ruhdan bəhs edərkən filosof göstərir ki:
--Ruh, İnsana heç bir canlıda müşahidə edilməyən keyfiyyət bəxş edir;
--Ruh, İnsanda başqa canlılardan fərqli fədakarlıq, ülviyyət, müqəddəslik duyğusu kimi fərqli ehtiraslar, meyllər yaradır;
--Ruh, İnsanı adi vəziyyətindən ayırıb qeyri-adi duyğulara, düşüncələrə, ehtiraslara yüksəldən mənəvi qüvvət, dar və məhdud aləmdən ayırıb geniş və möhtəşəm aləmə aparan daxili gücdür;
--Ruh vasitəsilə İnsan Məhəbbətə qovuşur, Özünün Özündən böyük mənasını anlayır;
--Ruh, Dünyaya sığmamaq, ikinci bir Dünya yaratmaq, bu Dünyanın mənasını Ondan kənarda tapmaqdır. Dünyanı göz vasitəsilə düzgün görmək olmaz, Dünyanı yalnız Ruhun güzgüsündə düzgün görmək olar;
--Ruh vasitəsilə səs musiqiləşir, söz şeirləşir, daş heykəlləşir.
“ İnsanın bütün canlılardan fərqi Özündə Özündən daha böyük məna tapmasındadır “-deyən filosof, Ağılla Ruhu müqayisə edərək göstərir ki, İnsanı İnsan edən Ağıl yox, Ruh oldu. Ağıl Dünyanı ölçdü, biçdi, rəqiblərdən təmizlədi, Öz niyyətinə uyğunlaşdırdı. Ruh isə Dünyaya sığmadı, Dünyanın mənasını kəşf etdi. Ağıl Dünyanı özünə ram etdi, Ruh isə Dünyaya qovuşdu. Ağıl, təhlil, fayda, mətləb, Ruh isə vəcdli zəka, narahat ehtiras, məhəbbət və ehtizaz oldu. Ağıl vasitəsilə İnsan başqasını, Ruh vasitəsilə isə Özünü öyrənir. Ağıl vasitəsilə İnsan Özünü qoruyur, xilas edir, ölmür, yaşayır. Ruh vasitəsilə isə İnsan İnsan olur, hamıdan fərqlənir, Dünyanın mənasını Dünyadan böyük, İnsanın mahiyyətini İnsandan Ali sayır. Ruhla İnsan Dünyanın zirvəsi olur. Ağıl Mütləqi görmür, çünkü Mütləq gözə görünmür. Ruh isə Mütləqi görür, çünkü O, batinə enə bilir, daxili mənanı dərk edir, Dünyaya qovuşur və Dünyadan kənara çıxır, gerçəkliyə pərçimlənir. Ağıl, gözəli görür, gözəlliyi görmür, qəhrəmanı görür, qəhrəmanlığı anlamır. Ağıl canı anlayır, can verməyi anlamır, Dünyanı görür, ancaq Dünyanın mənasını anlamır, adi sevinci anlayır, əzablı sevinci anlamır, keçicini anlayır, sonsuzu anlamır. Ona görə də Ruhu dərk edə bilmir. Çünkü Ruh, Ağlın görmədiyi Mütləqi, gözəlliyi görür, qəhrəmanlığı, can verməyi, Dünyanın mənasını, əzablı sevinci və sonsuzu anlayır ( Seçmələr bizimdir – A.Q. Bax: İnam Ata (Asif Ata), On Kutsal Bitiq, Birinci Bitiq: Mütləqə İnam, Atakənd-32, Qanun-2010, səh. 21,22,151 ).
İnsan,Ruh və Mənəviyyatla bağlı Materialistləri, Marksistləri və Ateistləri kəskin tənqid edən filosof göstərir ki, Ruhsuz Dünya ölü dünyadır. Ruh Həyatı eybəcərliklərdən qurtarır, Onun İnsani məziyyətlərini qoruyur, Ona ülvü məna verir. Ruh yıxılanı qaldırır, xəstəni sağaldır, qəmlini sevindirir. Bədənin dözmədiyinə Ruh dözür, bədən məğlub olanda, Ruh qalib gəlir. Ruh möcüzəyə inanır, Dünyanın mənasını möcüzə sayır və Özü möcüzə yaradır. Ruh, İnsanı Mütləqə çağırır. Ruh vasitəsilə Təbiət İnsaniləşir, İnsan Təbiətləşir. Bir sözlə, Ruh, İnsanın Özüdür. İnsanı İnsan edən Ruhdur ( Seçmələr bizimdir –A.Q. Bax: İnam Ata (Asif Ata), göstərilən əsəri, səh. 22,23 ).
Ruhla Mütləqin əlaqəsindən bəhs edən filosof göstərir ki, Ruh, Mütləqin İnsanda ifadəsidir. Ruh, Mütləqdə Özünü, əsil mahiyyətini tapır. Ruh, nisbini Mütləqə, gerçəkliyi ideala yüksəldir, gerçəklik əsasında yeni gerçəklik yaradır ki, bu gerçəklik də Amal biçimində meydana çıxır. Amalda gerçəklik ölür və dirilir. Amal, gerçəkliyi yenidən doğur. Ruh vasitəsilə gerçəklik Müqəddəsləşir. Ruh, gerçəkliyin mahiyyətini onun özündən yaxşı dərk edir. İnsan Dünyaya Ruhun gözü ilə baxanda, Dünya Müqəddəsləşir. Ruh, Mütləqdə Özünün əsil mahiyyətini tapanda Özünə çatır. Ruh İnsana dedi ki, Sənin Öz mahiyyətin Özündən Alidir. Sən Dünyaya təkcə yeməyə-içməyə, nəsil artırmağa və ölməyə gəlməmisən. Sənin həyatının bunlardan daha böyük mənası var. Sən Dünyaya Mütləqə bərabər olmaq, əbədi, kamil, sonsuz olmaq üçün gəlmisən. Sənin əsil aqibətin Mütləqləşmək, Müqəddəsləşmək, Ülvüləşməkdir! ( Seçmələr bizimdir –A.Q. Bax: İnam Ata (Asif Ata),göstərilən əsəri, səh.19, 146, 148,149 ).
Bütün fəlsəfəsini Mütləqə və İnsana İnam, Ruhaniyyat, Həyatdakı təzadlar və ziddiyətlər üzərində quran filosof, Ruhaniliklə maddiyyatı, Xeyirlə Şəri, Gözəlliklə eybəcərliyi, İnamla şübhəni, Ədalətlə zülmü, Azadlıqla əsarəti, Eşq və Məhəbbətlə şəhvəti, Həqiqətlə yalanı, Dostluqla düşmənliyi, Təbiiliklə süniliyi, Səadətlə fəlakəti, Həyatla Ölümü və s. müqayisə edərək göstərir ki, İnsan həyatında maddiyyat yalançı özünütəsdiqin ifadəsi rolunu oynadığı üçün Ruhaniliyin maddiyyat əsarətinə qarşı mübarizəsi başlasa da, bu mübarizə nə qədər uğurlu olsa da, maddiyyat İnsanların üzərində öz hakimiyyətini saxlayır. Ruhanilik ayrı-ayrı şəxslərdə tam qələbə çalsa da, ümumən bu onun tam qələbəsi olmur, çünkü Həyatda varidat tilsimi qırılmır. İnsan Mütləqi tanısa da, Müqəddəsliyə tapınsa da, şəri, zülmü, yalanı, şöhrətpərəstliyi, cəhaləti, naşılığı, şübhəçiliyi, qorxunu, xurafatı, cəfəngiyatı, yırtıcılığı, eybəcərliyi, qəddarlığı və s. bu kimi İnsanlığa yad naqislikləri Həyatdan tam silə bilməmişdir. (Seçmələr bizimdir –A.Q. Bax: İnam Ata (Asif Ata), göstərilən əsəri, səh.224,225).
Filosof, Xeyirlə Şəri və onların atributlarını müqayisə edərək göstərir ki, Həyatda Xeyirlə Şər və onların əlamətləri yanaşı yaşayır. Xeyir, Mütləq Ruhanilik, Şər isə Mütləq Naqislikdir. Xeyir, Mütləqin Mütləq, sonsuzun sonsuz, əbədinin əbədi şəkildə təzahürünün Mütləq səviyyəsi, Şər isə nisbidə, sonluda, ölümlüdə olan naqisliyin Mütləq səviyyəsidir. Onlar bir-biri ilə döyüşür, lakin biri-digərini məğlub edə bilmir. Həyat, Xeyiri Şərin qalibi deyil, düşməni edir. Xeyir Şəri Həyatdan silmək istəsə də, silə bilmir. Şər bəzən geri çəkilsə də, ölmür, itmir, yenidən meydana atılaraq öz fəaliyyətini davam etdirir. Çünkü Həyat, zülm, xəbislik, fitnə, məkr, xəyanət, cinayət, cəlladlıq, riya, həqarət, sünilik, inamsızlıq, əsarət, düşmənçilik və ölüm adlanan Şərə və həm də bunların əksi olan Ədalət, Munislik, Qüdsiyyət, Mərdlik, Sədaqət, Vicdan, Məhəbbət, Həya, Şərafət, Təbiilik, İnam, Azadlıq, Dostluq və Doğuluş adlanan Xeyrə Öz Qoynunda yer verir və onları döyüşdürür. Bir sözlə, Həyat, Xeyirlə Şərin qoşa mövcudluğu və döyüşüdür. (Seçmələr bizimdir –A.Q.Bax:İnam Ata (Asif Ata),göstərilən əsəri,səh.225,172,226,227).
“ Həyat, Xeyirin Şər vasitəsilə təsdiq olunmasına dözür,bunu Şər saymır, Xeyir sayır “- deyən filosof göstərir ki, əslində Xeyir naminə qan tökülür, göz çıxarılır, şəhərlər talan olunur, İnsan yırtıcılaşır, xəyanət, fitnə, məkr, həqarət seli aləmi bürüyür, ancaq bunu qəbahət saymırlar, əksinə, əməl sayırlar. Əslində isə burada Şər təsdiq olunur. Çünkü Ədalət naminə zülm, Həya naminə riya, Azadlıq naminə əsarət, Sədaqət naminə xəyanət, Şərafət naminə həqarət, Dostluq naminə düşmənlik, Təbiilik naminə sünilik, İnam naminə inamsızlıq, Məhəbbət naminə cəlladlıq—Şərdir !Xeyiri yalnız Xeyirlə təsdiq etmək olar. Həyat bu Həqiqəti dərk etmir. Bu Həqiqəti dərk etmək üçün O, Ali Həyat olmalıdır ( Bax:İnam Ata (Asif Ata), On Kutsal Bitiq, Birinci Bitiq: Mütləqə İnam, Atakənd-32, Qanun – 2010, səh.227,228 ).
“ Əsil yaşamaq, Ali Həyat üçün Ali Həyatda yaşamaqdır “-deyən filosof göstərir ki, İnsan, nisbidə, cismanidə, Həyatda təzahür edirsə də, Özünə Mütləqdə, Ruhanilikdə, Ali Həyatda çatır. Ali Həyat, İnsanın daxili dünyasında yaranır və onda İnsan Öz Mahiyyətinə bərabər olur, Özünə çatır, Ruhani Mahiyyətin hökmünə tabe olur, İnsaniləşir, Ruhani Mahiyyət Onun həyatının meyarı olur,Mahiyyət səviyyəsinə yüksəlir. Belə olduqda İnsan Cəmiyyətə yox, Cəmiyyət İnsana layiq olmağa çalışır və Cəmiyyət İnsani Mahiyyət Qanunları əsasında fəaliyyət göstərir, Cəmiyyət Ruhaniləşir:
----Belə Cəmiyyətdə İnsanlar Ruhani Varlıq kimi fəaliyyət göstərir, Ruhani Xilqət səviyyəsinə yüksəlir, İnsani Mahiyyət ilə İctimai vəziyyət arasında ziddiyyətlər aradan qalxır. Mütləq İnsani səviyyə Mütləq İctimai səviyyə yaradır.
----Belə Cəmiyyətdə Mütləq Ruhanilik, Mütləq Xeyir, Mütləq Gözəllik, Mütləq Saflıq, Mütləq Müqəddəslik, Mütləq İnam, Mütləq Ədalət, Mütləq Azadlıq, Mütləq Eşq, Mütləq Məhəbbət, Mütləq Həqiqət, Mütləq İdeal, Mütləq Dostluq, Mütləq Təmənnasızlıq, Mütləq Təbiilik, Mütləq Vəhdət, Mütləq Səadət, Mütləq Müdrüklük, Mütləq Kamillik kimi Mütləq İnsani keyfiyyətlər Ali Həyatın aparıcı Amili olur. İnsan həyatı İnsani Həyat olur.
----Belə Cəmiyyətdə qatil, qəddar,cəllad, zalim, yırtıcı, naşı, həris, zəlil və nadan insan əvəzinə İnsaniləşən, İnsaniləşdirən İnsanlar olur.
----Belə Cəmiyyətdə zülmkarlıq, müstəbidlik, qəsbkarlıq, diktatorluq, sinfilik, bərabərsizlik, rüşvətxorluq, yaltaqlıq və s. bu kimi eybəcərliklərə son qoyulur, Cəmiyyət Mənəvi Qanunlar əsasında yaşayır.
----Belə Cəmiyyətdə yırtıcılıq, zorakılıq, hərcayilik, cəlladlıq, xudbinlik, şəhvət, məkr, fitnə, kin, həsəd, qorxu və bütün bunların yaradıcısı və icraçısı Diktatorluq ölür. (Seçmələr bizimdir – A.Q. Bax: İnam Ata (Asif Ata),On Kutsal Bitiq, Birinci Bitiq: Mütləqə İnam, Atakənd- 32, Qanun- 2010, səh. 303, 279, 281).
“ Ali Həyat, Mütləqləşməkdir “ – deyən mütəfəkkir göstərir ki:
--Mütləqləşmə, əsrlərə bərabər yoldur. Əsrlərə bərabər yol olan Ali Həyat, həm də İnsanın hər dövrü üçün zəruri Amaldır;
-- Ali Həyat, həm əbədi inkişaf Amili, həm Həyat Amalı, həm də Mütləq Amaldır;
-- Ali Həyat, İnsanların əməllərində təzahür edir;
-- Ali Həyatın qələbəsi, Əməlin Amala bərabər olması deməkdir. ( Bax: İnam Ata (Asif Ata), göstərilən əsəri, Birinci Bitiq, səh. 280 ).
Asif Atanın ( Asif Qasım oğlu Əfəndiyevin ) fəlsəfi dünyagörüşü nəhəng bir Okeandır. Bu Okeandan kim və ya kimlər nə qədər pay götürsə, o səviyyədə İnsaniləşəcək, Cəmiyyətləşəcək, Xalqlaşacaq, MİLLƏTLƏŞƏCƏK !!!
Böyük və əvəzsiz Türk Mütəfəkkirinin Bəşəriyyətə ərməğan etdiyi aşağıdakı dahiyanə fikri daima İnsanlara, Xalqlara, Millətlərə işıq tutacaqdır.
“ BƏŞƏRİN NİCATI – İNSANLAŞMAQDADIR !
İNSANLAŞIN – İNSANLAŞDIRIN !!!

Address

78B Həsən Bəy Zərbabi Prospekti
Baku
AZ1122

Website

Alerts

Be the first to know and let us send you an email when Bütöv Azərbaycan Ocaqları posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category