Otlarla müalicə üsulları

Otlarla müalicə üsulları Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Otlarla müalicə üsulları, Real Estate, ŞERİFZADE 126, Baku.

Zəncəfil tək ədviyyat deyil, zəncəfil həm də müalicəvi bitkidir. Zəncəfili üyüdülmüş və çiy (zəncəfil kökü) şəklində ist...
20/07/2022

Zəncəfil tək ədviyyat deyil, zəncəfil həm də müalicəvi bitkidir. Zəncəfili üyüdülmüş və çiy (zəncəfil kökü) şəklində istifadə etmək olar. Zəncəfilin müalicəvi xüsusiyyətləri olduqca çoxdur. Bu bitki (daha doğrusu onun kökü) iltihabəleyhinə, antibakterial, ağrısazlaşdıran, tonuslaşdırıcı, spazmolitik və s. xüsusiyyətlərinə malikdir. Həzm probleminə çox yaxşı effekti var. Yediklərinizi həzm etməyə kömək edir. Astma xəstəliyi zamanı zəmcəfilin bəlhəmgətirici xüsusiyyətləri onu olduca faydalı edir. Şəkər xəstəliyi zamanı təzə zəncəfilin şirəsi qanda şəkərin səviyyəsini aşağı salır. Zəncəfilin spazmolitik xüsusiyyəti onu ağrılı menstruasiyalar, baş ağrıları, bağırsaq spazmları zamanı olduqca effektli edir. Bütün bu xüsusiyyətlərini zəncəfilin zəngin vitamin-mineral tərkibi təmin edir. Belə ki, zəncəfilin tərkibində B qrupu, A və C vitaminləri, dəmir, sink, kalium, natrium, fosfor, maqnezium, kalsium kimi mikroelementlər, müxtəlif əvəzedilməz aminoturşular, efir yağları və s. var. Zəncəfil çayı arıqlamağa kömək edir.

Yuxusuzluğa çox yaxşı təsiri var, sakitləşdirici və antiseptikdir. Allergiyası olanlar üçün tövsiyə edilmir. Çobanyastığ...
20/07/2022

Yuxusuzluğa çox yaxşı təsiri var, sakitləşdirici və antiseptikdir. Allergiyası olanlar üçün tövsiyə edilmir. Çobanyastığı dəmləməsi bağırsaq qazlarını da müsbət təsir edir(südlə birgə içmək daha yaxşıdı). Spazmı aradan qaldırır. Bağırsaqlardan qaz çıxarma xüsusiyyəti olduğu üçün xüsusilə də qastrit və mədə xorası zamanı çox faydalı olan çobanyastığı xəstəliyin sağalmasını tezləşdirir. Çobanyastığının çayı, yağı tibbdə çox istifadə edilir.Çobanyastığı çayı dərini təmizləmək ve fərahlandırmaq üçün faydalıdır. Bu çayla gözə kompres etmək gözdəki şişkinliyi aparır.Çobanyastığı suyu, yəni dəmləməsi ilə vanna qəbul etmək bədənin dərisinə mikroböldürücü təsiriylə bərabər dərini təzələr.Saçları bu dəmləməylə yumaq parlaqlıq verər. Çobanyastığı yağı ağrıların müalicısində də istifadə olunur. Əsasəndə uşaqların qarın nahiyəsindəki sancı,ağrı (ağrı əsasən köp zamanı olur)zamanı çobanyastığı yağı isidilir və əllə qarın nahiyəsi yüngül masaj edilir. Bunu ağrı olmayan zaman da etmək olar faydası var,amma ziyanı yoxdu. Çobanyastığını qaynadıb buxarı ilə tənəffüs etmək soyuqdəymə və sinusitdə(burun ciblərinin iltihabı deməkdir) xeyirlidir.

2016-03-11 at the Wayback Machine

Address

ŞERİFZADE 126
Baku
AZ1000

Website

Alerts

Be the first to know and let us send you an email when Otlarla müalicə üsulları posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category