17/12/2020
Səhifəmizin dəyərli izləyiciləri bu postumuzda sizə yataq otağının təmir və dizayn seçimində kömək edə biləcək bəzi tövsiyyələr vermək istəyirik. Yataq otağı dizayn edərkən və mebel seçərkən nəzərə alınmalı bəzi məqamlar var.Dizayn baxımından istədiyiniz nəticəni əldə etməyiniz üçün yataq otağının ölçulərinin 4×5 ölçüdən böyük olması məsləhətdir .Bina evlərində yataq otaqlarının ölçülərinə müdaxilə etmək mümkünsüz olduğu üçün , Bu səbəbdən bəlli ölçülərə uyğun dizayn hazırlamağa məcbur qalınır.
Bu nüansı nəzərə alaraq fərdi evlərin tikintisinə başlamadan əvvəl layihə hazırlanaraq yataq otaqları və digər otaqların ölçülərinə əvvəlcədən diqqət yetirilməlidir. Yataq otağı dizaynında ilk qərar hansı üslubu seçəcəyinizdir. Yataq otağı ən özəl otaqlardandır , ən başlıcası, orada olduğunuz zaman özünüzü rahat hiss etməkdir.İlk növbədə yatdığınız yer olduğundan, dinc bir mühit olmalıdır. Yataq otağı dizaynında; Mebel seçiminə, işıqlandırılmasına, mebel və otaqdakı əşyaların yerləşdirilməsinə, rahatlığına və dekorasiyasına diqqət yetirməlisiniz .Ev dizaynında harmoniya ümumiyyətlə nəzərə alınması lazım olan əsas elementlərdən biridir. Sizə verəcəyimiz bəzi tövsiyyələr yataq otağı dizaynının uğurlu olmasında sizə kömək edə bilər.
Əsasən təmirə uyğun üslübda mebel və digər əşyalarınızı secmək vacibdir .
Yataq otağının təmiri zamanı əgər otaq sahəsi kiçik ölçüdədirsə divar və döşəmə rəngləri acıq tonlarda olması məsləhətdir. Əsasən yataq otaqlarına Ağ, bej, krem, göy mavisi, açıq qəhvəyi və boz kimi pastel rəngləri seçə bilərsiniz.Əgər sevdiyiniz rənglər tünd rəng çalarlarıdırsa , rənglərin açıq tonlarından istifadə etmək tövsiyyə olunur. Oxşar Rəng tonlarında pərdələri və uyğun mebel seçərək harmoniyaya nail olmaq vacibdir. Bu şəkildə xəyal qurduğunuz ahəngdar mühiti yaratmaq çox asan olacaq. Tekstil və aksessuarlar siyahınızın sonunda olmalıdır. Yataq otağı dizaynı və aksesuarları ilə son nöqtəni dekorasiyanıza qoya bilərsiniz. Pərdələr, yataq örtükləri, vazalar, şamlar, güzgülər ... Məsələn, rənginizi və mebelinizi sadəlik üçün seçmisinizsə, məkanı tekstil və aksessuarlarla rəngləndirə bilərsiniz. Ancaq rəngli və naxışlı divarlar və mebellərə üstünlük verirsinizsə, daha sadə yataq otağı tekstil və aksessuarlarından istifadə etməyinizi məsləhət görürük
Yataq otağının umumi konseptinin seçilməsi , rəng çalarlarının uyğunluğu ,tavan və döşəmə üzlüklərinin , otaq qapısının duzgun rəng və üslubda seçilməsi ,mebelin yerləşmə sxeminin düzgün qurulması və rahatlığı,mebelin umumi təmir uslubuna uyğunluğu,seçilmiş pərdələrin və digər elementlərin seçimində heç bir səhvə yol verilməməsi üçün peşəkar müşayətinin aparılması zəruridir.
Bizim peşəkar dizaynerlərimizə müraciət edərək evinizin təmirində peşəkar tövsiyyələri əldə edə bilərsiniz.