Cəfər Qurbanov

Cəfər Qurbanov Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cəfər Qurbanov, Real Estate, maradakan, Baku.

İlham Əliyev Füzulinin azad edilməsinin Azərbaycan xalqında vətənpərvərlik hisslərini daha da gücləndirdiyini bildirir. ...
16/10/2024

İlham Əliyev Füzulinin azad edilməsinin Azərbaycan xalqında vətənpərvərlik hisslərini daha da gücləndirdiyini bildirir. Bu qələbə, xalqın birliyi və milli qürur duyğusunu artırır. Prezident İlham Əliyev müharibə dövründəki birlik və həmrəylik ruhunun, Füzulinin azad edilməsi ilə daha da möhkəmləndiyini vurğulayır. Bu, ölkənin gələcək inkişafına yönəlmiş bir motivasiya yaradır.

Yaşadığı illərdə müstəqil Azərbaycan dövlətinin fəalliyyətini yüksək dəyərləndirən ümumilli lider Heydər Əliyev tərəfind...
20/08/2024

Yaşadığı illərdə müstəqil Azərbaycan dövlətinin fəalliyyətini yüksək dəyərləndirən ümumilli lider Heydər Əliyev tərəfindən dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxmışdır. Ulu öndər gənclərə həmişə qayğı ilə yanaşmış, böyük diqqət göstərmiş, xüsusəndə onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə yüksək önəm vermişdir. Ulu öndərin davamçısı Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətini uğurla davam etdirməkdədir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrədə təhsili, sosial müdafiə ehtiyacı olanların problemlərini həlli istiqamətində görülən işlər, gənclər təşkilatının formalaşması və inkişafı üçün şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

Biz etnik təmizləmənin qurbanı olmuşuq, işğalın qurbanı olmuşuq: "Bu hal 30 il davam edib. Ancaq bizi dünyada təcavüzkar...
29/07/2024

Biz etnik təmizləmənin qurbanı olmuşuq, işğalın qurbanı olmuşuq: "Bu hal 30 il davam edib. Ancaq bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq. ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq edibdir. Biz işğalın və təcavüzün qurbanı olmuşuq və o zaman konqresin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində bizə qarşı sanksiyalar tətbiq edildi. Yəni bu, absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır".

Enerji sahəsində Bakıda müəyyənləşdirilmiş strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qə...
25/07/2024

Enerji sahəsində Bakıda müəyyənləşdirilmiş strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur.
2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq.
İxracın yarıdan çoxu Avropaya gedir. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq.
Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə.
Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verdi. Azərbaycan bir neçə aya Sloveniya bazarına daxil ola biləcək. İndi Avropada interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq.

Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Pakis...
18/07/2024

Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir. Ermənistanın bütün cəhdlərinə baxmayaraq, Pakistan həmişə Ermənistan rəhbərliyindən Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyi tələb edib və işğalçı ölkə ilə hələ də diplomatik münasibətlər qurmayıb. Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə olunub. Pakistan ilə Azərbaycan hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birini dəstəkləyir.

Prezident İlham Əliyev hər dəfə  nüfuzlu beynəlxalq qurumlardakı çıxışları ilə dünya ictimaiyyətinin diqqət mərkəzində o...
09/07/2024

Prezident İlham Əliyev hər dəfə nüfuzlu beynəlxalq qurumlardakı çıxışları ilə dünya ictimaiyyətinin diqqət mərkəzində olur. Dövlətimizin başçısı həmin tədbirlərdə ölkəmizin bütün sahələr üzrə inkişafndan, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparlan yenidənqurma, tikinti-bərpa işlərindən, Azərbaycanın sülh tərəfdarı olmasından və Cənubi Qafqazda lider dövlətə çevrilməsindən söhbət açır. Dövlətimizin başçısı bu günlərdə Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT+” formatında keçirilmiş görüşdə iştirakı və çıxışı ilə yenə də dünyaya ciddi mesajlar verdi, bir sıra mühüm əhəmiyyətli məqamları diqqətə çatdırdı. Onu da qeyd edək ki, Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Bu fakt Azərbaycan ilə quruma üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirilməlidir.

Müasir müstəqil Azərbaycan inkişaf yolunda inamla və uğurla irəliləyir, qazanılan nailiyyətlər dövlətimizin qüdrətini da...
28/06/2024

Müasir müstəqil Azərbaycan inkişaf yolunda inamla və uğurla irəliləyir, qazanılan nailiyyətlər dövlətimizin qüdrətini daha da artırır. Faktlar və reallıqların əks etdirdiyi kimi, yüksək inkişaf göstəriciləri bütün sahələri əhatə edir. Bu baxımdan, ölkədə ordu quruculuğu sahəsində görülən məqsədyönlü işlərin və aparılan islahatların nəticəsində əldə olunmuş uğurları da xüsusi vurğulamaq lazımdır.

Azərbaycanda nizami və güclü ordu quruculuğunun əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub
Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alması təsadüfi xarakter daşımır. Bunu təmin edən amil xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu nizami və güclü ordu quruculuğu siyasətinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla, ardıcıllıqla davam etdirilməsidir.
Məlum olduğu kimi, müstəqilliyin ilk illərində müəyyən silahlı birləşmələr yaradılmışdı. Amma onlar ayrı-ayrı şəxslərə, siyasi partiyalara və s. tabe idi. Torpaqlarımızın işğalına bir səbəb də ordunun belə vəziyyətdə olması idi. Çünki bir batalyon hücuma keçəndə digəri geri çəkilirdi. Bütün bunlara görə isə faciələrlə rastlaşırdıq. Vahid komandanlığın olmaması ordunu çətin duruma salmışdı. Həmin illərdə silahlı qüvvələrimizə rəhbərlik edənlərin əksəriyyəti xarici qüvvələrin əks-kəşfiyyatı ilə bağlı idi. Müdafiə naziri və onun bəzi müavinləri üçün xaricdən verilən göstərişlər daha əhəmiyyətli idi. Yəni onlar respublika rəhbərliyinin mövqeyinə əhəmiyyət vermirdilər, bu da ordu ilə siyasi hakimiyyət arasında ciddi qarşıdurmalara səbəb olmuşdu. Bütün bunlar isə, nəticə etibarilə, ölkəmizə ciddi problemlər yaradırdı. Xüsusilə də, 1992-1993-cü illərdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün xəyanətkar, eləcə də həmin dövrdə müdafiə naziri olan riyaziyyat müəlliminin yarıtmaz və antimilli fəaliyyəti nəticəsində Azərbaycanın torpaqlarının, o cümlədən Kəlbəcərin, Şuşanın, Laçının işğal altına düşməsi danılmaz həqiqətdir.
Lakin 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğu sahəsinə də böyük diqqət ayırdı. Ordu vahid komandanlıq ətrafında birləşdirildi və nizami ordu yaradıldı. Ümumiyyətlə, müstəqil ölkəmizin güclü - qüdrətli ordusunun memarı olan Ümummilli Lider Heydər Əliyev hələ Sovet dönəmində ordu quruculuğu istiqamətində bir sıra mühüm addımlar atmışdı. Cəmşid Naxçıvanski adına hərbi məktəbin Sovet illərində Bakıda açılması Heydər Əliyevin xidmətlərinin nəticəsi idi. Hansı ki, həmin məktəb bu gün də müstəqil Azərbaycanın Ordusu üçün zabitlər hazırlayır. Yəni ordu quruculuğu prosesinin, müasir dövrün tələblərinə cavab verə biləcək Silahlı Qüvvələrin formalaşmasının bünövrəsi məhz Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü il iyunun 8-də Misirdə rəsmi səfəri zamanı mətbuata bəyanatla...
14/06/2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü il iyunun 8-də Misirdə rəsmi səfəri zamanı mətbuata bəyanatla çıxış etmişdir. Dövlət başçısı səfərinin Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcəyini diqqətə çatdıraraq bildirdi ki, ölkələrimiz arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır. Bu siyasi dialoq bundan sonra da davam ediləcək. Bu gün bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq olunur, habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir. Həmçinin, Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur.

Yaşıl enerji sahəsində potensialın qiymətləndirilməsi və yeni əməkdaşlıq imkanlarının tapılmasına xidmət edəcək. Bakı En...
11/06/2024

Yaşıl enerji sahəsində potensialın qiymətləndirilməsi və yeni əməkdaşlıq imkanlarının tapılmasına xidmət edəcək. Bakı Enerji Həftəsi fərqli dövlət və hökumət rəsmiləri, beyin mərkəzlərinin əməkdaşlarının bir araya gəlməsinə və qlobal enerji məsələlərinin müzakirəsinə imkan yaradır. Bu da nəticə etibarı ilə həm enerji sahəsində dövlət - özəl sektor əməkdaşlığının gücləndirilməsi, yeni ideyaların müzakirə olunması və bu sahədə real, perspektivə hesablanan addımların atılmasına gətirib çıxarır.

Həm də innovasiya və texnologiyanın təqdimatı baxımından Bakı Enerji Həftəsi çox vacibdir. Enerji sahəsində ən vacib məqamlardan biri innovativ dəyişikliklərdir. Bakıda keçirilən bu forum həm də yeni texnoloji innovasiyaların şirkətlər tərəfindən təqdim edilməsinə, dördüncü sənaye inqilabının nəticələrinin müzakirəsinə imkan yaradır. Bu baxımdan regional və qlobal əhəmiyyət daşıyır. Azərbaycanın bu sahədəki potensialı ilə yanaşı, eyni zamanda gücünü göstərən əsas faktorlardan biridir.

28 May! Azərbaycanın tarixində Müstəqillik Günü kimi qeyd olunan bu tarix 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (...
30/05/2024

28 May! Azərbaycanın tarixində Müstəqillik Günü kimi qeyd olunan bu tarix 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) milli təşəkkülü və siyasi inkişafının mühüm mərhələsini simvolizə edir. Rusiya imperiyasının süqutu və ağır beynəlxalq vəziyyət şəraitində Azərbaycan xalqı müsəlman dünyasında ilk dünyəvi və parlamentli respublika yaradaraq öz dövlətçiliyini qura bildi. AXC-nin yaradılmasının tarixi əhəmiyyəti əvəzsizdir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur”. Bu, həqiqə…

Azərbaycan-Belarus əməkdaşlığının bu yeni mərhələsi iki ölkə arasında dostluq və əməkdaşlığın güclənəcəyini, regional sa...
22/05/2024

Azərbaycan-Belarus əməkdaşlığının bu yeni mərhələsi iki ölkə arasında dostluq və əməkdaşlığın güclənəcəyini, regional sabitlik və iqtisadi inkişafın təmin ediləcəyini göstərir. Prezident İlham Əliyevin bəyanatı və imzalanmış sənədlər bu münasibətlərin daha da dərinləşəcəyinə və hər iki ölkə üçün böyük fayda gətirəcəyinə inam yaradır. Azərbaycan-Belarus əməkdaşlığı, təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət daşıyır və bu əməkdaşlığın davamlılığı regional sabitliyin təminatçısı olacaq.

Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir....
14/05/2024

Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq.

Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlamışdır. Eyni zamanda, bizim genişmiqyaslı yaşıl gündəliyimiz də icra edilir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması bizə qaza qənaət etmək imkanı yaradacaqdır və təbii ki, bu qazın əsas istiqaməti və əsas ünvanı Avropa olacaqdır.

Address

Maradakan
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Cəfər Qurbanov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category