Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti

Call Directions Website Contact the business

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Qiymətləndirmə fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin ictimai birliyi

1998-ci ilin dekabrında qiymətləndirmə fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin, iqtisadçı alimlərin təşəbbüsü ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) yaradılmış və 1999-cu ilin fevralında Ədliyyə Nazirliyində ictimai birlik kimi qeydiyyata alınmısdır. Hazırda respublikanın bir çox əmlak qiymətləndiriciləri və qiymətləndirmə sahəsində böyük təcrübəyə malik olan hüquqi şəxslər, qiymətin əmələ gəlməsi və əmlak bazarı sahəsində ölkəmizdə, eləcə də onun sərhədlərindən kənarda tanınan iqtisadçı alimlər, maliyyə məsələləri ilə məşgul olan mütəxəssislər və elmi isçilər Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvüdür. AQC ictimai birlik olaraq qiymətləndirmə sahəsində əhaliyə keyfiyyətli xidmət göstərilməsini təmin etmək məqsədi ilə qiymətləndirmə fəaliyyətinin bir sıra nəzəri və praktiki problemlərinin həlli istiqamətində dövlət orqanları ilə sıx əməkdaşlıq edir.

AQC sədri Rumıniya Senatında görüşlər keçiribAzərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqa...
16/10/2026

AQC sədri Rumıniya Senatında görüşlər keçirib
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc Rumıniyaya işgüzar səfəri çərçivəsində bu ölkənin Senatında olub.

AQC sədrinin Buxarestdə yerləşən, ölkənin ən möhtəşəm memarlıq abidələrindən və tarixi binalarından biri sayılan Parlament Sarayı ilə tanışlığı təşkil edilib. Daha sonra Vüqar Oruc Rumıniya Senatının iki üzvü ilə görüşüb.

Ətraflı: https://aqc.az/aqc-sedri-ruminiya-senatinda-gorusler-kecirib

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc Ruminiyaya işgüzar səfəri çərçicəsində...
12/10/2026

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc Ruminiyaya işgüzar səfəri çərçicəsində Buxarestdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanovla görüşüb.

Görüşdə AQC sədri səfirə Rumuniya ilə Azərbaycan arasında qiymətləndirmə sahəsində əməkdaşlıq imkanları, Azərbaycan mütəxəssislərinin Avropa qiymətləndirmə məkanına inteqrasiyası və beynəlxalq peşəkar əlaqələrin genişləndirilməsi istiqamətləri barədə məlumat verib.

Vüqar Oruc Azərbaycan qiymətləndiriciləri ilə Rumıniya Qiymətləndiricilər Palatası (ANEVAR) arasında əməkdaşlığın rəsmiləşdirilməsi və memorandumun imzalanması istiqamətində görülən işləri səfirin diqqətinə çatıdırıb. Bu əlaqələrin həm Avropa Qiymətləndiricilər Assosiasiyası (TEGoVA) çərçivəsində, həm də birbaşa əməkdaşlıq yolu ilə inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

Ətrafı: https://aqc.az/aqc-sedri-azerbaycanin-ruminiyadaki-sefiri-ile-gorusub-foto

03/10/2026

Evi sökülən şəxslərə kompensasiya necə ödəməlidir?

AQC qiymətləndiricilərin ixtisas imtahanına növbəti hazırlıq kursuna qəbul elan edibAzərbaycan Qiymətləndiricilər Cəmiyy...
02/10/2026

AQC qiymətləndiricilərin ixtisas imtahanına növbəti hazırlıq kursuna qəbul elan edib

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qiymətləndiricilərin ixtisas imtahanına hazırlaşan şəxslər üçün növbəti hazırlıq kursunun təşkilinə başlayır.

Qiymətləndirmə fəaliyyəti üzrə bilik və bacarıqlarını təkmilləşdirmək, ixtisas imtahanına sistemli və məqsədyönlü şəkildə hazırlaşmaq istəyən şəxslər kursda iştirak edə bilərlər.

Hazırlıq kursu qiymətləndirmə fəaliyyətinin bütün əsas istiqamətlərini əhatə edəcək. Dərslər qiymətləndirmə sahəsində uzunillik peşəkar təcrübəyə malik mütəxəssislər və ixtisaslı müəllimlər tərəfindən keçiriləcək. Kurs iştirakçılarına imtahan proqramına uyğun nəzəri biliklərlə yanaşı, qiymətləndirmə praktikasına dair mühüm məlumatlar təqdim olunacaq.

AQC tərəfindən qiymətləndiricilərin ixtisas imtahanlarına hazırlıq məqsədilə artıq 9 kurs təşkil edilib. Qarşıdakı hazırlıq kursu bu istiqamətdə keçirilən 10-cu kurs olacaq.

Əvvəlki kursların nəticələri AQC-nin hazırlıq proqramının iştirakçılar üçün faydalı olduğunu göstərir. Belə ki, bu günədək təşkil olunmuş kurslarda iştirak edənlərin orta hesabla 85 faizi ixtisas imtahanlarında müsbət nəticə əldə edib.

AQC qiymətləndirmə sahəsində peşəkar kadrların hazırlanmasını, mütəxəssislərin bilik və peşə bacarıqlarının inkişaf etdirilməsini fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirir.

Qeydiyyat və əlavə məlumat üçün:

050 330 28 20

https://aqc.az/aqc-qiymetlendiricilerin-ixtisas-imtahanina-novbeti-hazirliq-kursuna-qebul-elan-edib

29/09/2026

Daşınmaz əmlak bazarında yeni qiymət artımı
Əmlak bazarında qiymətlərin yenidən artacağı gözlənilir. Hətta, bəzi əmlak növlərində bu özünü daha çox biruzə verəcək.

Bunu Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc deyib.

Ekspert bildirib ki, kredit imkanlarının genişlənməsi daşınmaz əmlaka tələbi artıra bilər. Tələb yüksələrsə, bu, qiymətlərə də əlavə təzyiq yaradacaq. Xüsusilə torpaq və bünövrədən alınan ev seqmentlərində bunu daha aydın görmək olacaq.

Sədr bildirib ki, daşınmaz əmlak bazarında qiymətə təsir göstərən amillər çoxdur. Əsas məsələ pulun iqtisadiyyata hansı sürətlə daxil olması, kreditləşmənin genişlənməsi, əhalinin alıcılıq qabiliyyəti və yeni təklifin tələbi nə dərəcədə qarşılamasıdır. Kredit faizləri, ipoteka tələbi, əhalinin gəlirləri və mənzil bazarındakı təklif də əsas amillərdir.

Vüqar Oruc əlavə edib ki, bu ilin II rübündə mənzil bazarında qiymətlər illik müqayisədə 8,5 faiz, ilkin mənzil bazarında isə 11,0 faiz artıb. Yəni bazarda qiymət artımı artıq mövcuddur və şərtlərin yumşalması bu tendensiyanı əlavə olaraq dəstəkləyəcək.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) İdarə Heyəti Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən müxtəlif ba...
22/09/2026

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) İdarə Heyəti Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən müxtəlif bazar seqmentləri üzrə düzəliş əmsallarının hazırlanaraq qiymətləndiricilərin istifadəsinə təqdim edilməsi ilə bağlı açıqlamanı nəzərdən keçirib.

Ətraflı: https://aqc.az/vahid-duzelis-emsallari-beynelxalq-tecrubeye-ziddir

13/09/2026

Address

Babek Plaza
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124880556

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti:

Shortcuts

Share