“PROPERTY” MMC hüquqi şəxs olaraq əsas fəaliyyət istiqaməti daşınmaz və daşınar əmlakın qiymətləndirilməsi, biznes-planların hazırlanması, biznesin qiymətləndirilməsidir.
Şirkət Müstəqil qiymətləndirici olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu ilə Əməkdaşlıq haqqında sazişə əsasən Fondun qəbul etdiyi müvəkkil qiymətləndirici təşkilatdır.
Şirkət, Azərbayca
n Qiymətləndiricilər Cəmiyyəti tərəfindən daşınmaz əmlakın qiymətləndirilməsi fəaliyyəti üzrə xüsusi Sertifikata sahib olan peşəkar mütəxəssilərdən ibarət kollektivə sahibdir.
Şirkətimizin qiymətləndirmə fəaliyyəti Beynəlxalq Qiymətləndirmə Standartlarına (BQS), eləcə də əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə təşkilatlarının peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq, Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitənin və «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qiymətləndirmə metodlarından istifadə edilməklə, əmlakın faktiki vəziyyətinə və bazar konyukturasına əsasən aparılır.
Şirkətimiz daşınmaz və daşınar əmlakın qiymətləndirilməsini onun özəlləşdirilməsi, satılması, alınması, bölüşdürülməsi, icarəyə verilməsi, sığorta edilməsi, kredit götürmək məqsədilə girov qoyulması, vergiyə cəlb edilməsi, zərərin müəyyən edilməsi, habelə vərəsəlik və mübahisəli qiymətləndirmə halları yaranarkən həyata keçirir. Bu mənada şirkətimiz əsasən banklar olmaqla, müxtəlif təyinatlı özəl təşkilatlar, dövlət qurumları, hüquq firmaları, sahibkalarla yanaşı, həmçinin fərdi qaydada müraciət edən sıravi vətəndaşlara xidmət göstərir.