Facility Management Group - FMG

Facility Management Group - FMG FMG ofis və yaşayış binası, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən aparıcı şirkətdir.

29/07/2026

Biznesinizi Fəvvarələr meydanında yerləşən əlverişli məkanda inkişaf etdirin! 🏢

26.8 m² sahəyə malik bu icarə obyekti funksional iş mühiti üçün uyğun seçimdir.

Ətrafında çoxsaylı restoran və kofeşopların fəaliyyət göstərməsi məkanı həm komandanız, həm də müştəriləriniz üçün daha rahat edəcək.

📞 Ətraflı məlumat və baxış üçün: *5775

📍 Fəvvarələr Meydanı, Əziz Əliyev küç. 4

23/07/2026

Xaqani bağı ərazisində geniş və hazır icarə obyekti 🏢

Biznesiniz üçün əsas üstünlüklər:

▪️ Çevik icarə: Ehtiyaca uyğun olaraq bütöv və ya hissə-hissə icarə imkanı.

▪️ Funksional planlama: Açıq iş zonaları, fərdi kabinetlər və görüş otaqları.

▪️ Hazır infrastruktur: Təbii işıqlı interyer, geniş sərnişin lifti və fəaliyyətə dərhal başlamaq üçün tam təminat.

Genişlənməkdə olan komandanız üçün şəhərin mərkəzində uyğun məkan icarəyə götürün..

📞Ətraflı məlumat və baxış üçün: *5775

📍 Xaqani bağı, Bakı Kitab Mərkəzinin yaxınlığında

Öyrənməyə açıq gənclər üçün yeni imkanlarla dolu FMGrad proqramına start veririk!🎓 GPA göstəricisi 80+ olan 4-cü kurs ba...
22/07/2026

Öyrənməyə açıq gənclər üçün yeni imkanlarla dolu FMGrad proqramına start veririk!

🎓 GPA göstəricisi 80+ olan 4-cü kurs bakalavr tələbələri, son 2 ilin bakalavr məzunları və magistr tələbələri proqrama müraciət edə bilərlər.

FMGrad sənə 3 aylıq ödənişli təcrübə, mentor dəstəyi, təlim və inkişaf, şəbəkələşmə, real iş prosesləri və layihələrdə iştirak imkanı təqdim edir.

Öyrənməyə və karyerana sağlam bünövrə qurmağa hazırsansa, FMG-də təcrübə keçmək istədiyin istiqaməti seç və proqrama müraciət et!

Müraciət üçün biodakı linkə klik edin.

Son müraciət tarixi: 31 iyul

21/07/2026

➡️ Bakıxanov qəsəbəsində biznesiniz üçün geniş və təmirli kommersiya sahəsi axtarırsınız? 🏢

🟤 Sahə: 453 m²
🟤 Vəziyyəti: Tam təmirli və əşyasız

📞 Ətraflı məlumat üçün: *5775
📍 Ünvan: Bakıxanov qəs., (Ə.Ağayev 41)

08/07/2026
Plastik kartların ikinci, həm də çox mənalı həyatı 🌿💳Cüzdanımızda istifadə müddəti bitən və adətən atmağa tələsdiyimiz o...
16/06/2026

Plastik kartların ikinci, həm də çox mənalı həyatı 🌿💳

Cüzdanımızda istifadə müddəti bitən və adətən atmağa tələsdiyimiz o plastik kartlar əslində nəyə çevrilə bilər?

Dəstək olduğumuz “Card to Art” layihəsində məhz bunun ən gözəl nümunəsinin şahidi olduq. Son bir il ərzində xüsusi qutularda toplanan köhnə kartlar, əlilliyi olan istedadlı şəxslərin yaradıcılığı və zəhməti sayəsində inanılmaz incəsənət əsərlərinə çevrildi. Layihənin ilk mərhələsinin təqdimatında bu əl işlərini görmək və o sevinci bölüşmək FMG komandası olaraq bizim üçün çox xüsusi idi.
Ən xoş xəbərlərdən biri də odur ki, böyük maraqla qarşılanan bu əsərlər Heydər Əliyev Fondunun təşəbbüsü və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə yaradılan “Tullantıdan Sənətə” muzeyində sərgilənəcək.

Binaları idarə edərkən ekoloji dayanıqlılığa və tullantıların düzgün idarə olunmasına xüsusi həssaslıqla yanaşan bir komanda kimi, təkrar emalı həm sənətə, həm də sosial faydaya çevirən bu cür hekayələrin bir parçası olmaqdan səmimi-qəlbdən sevinirik.
Çünki binaları idarə etsək də, fəlsəfəmizin mərkəzində həmişə təbiətə qayğı və insan dayanır.

04/06/2026

FMG olaraq 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü əməkdaşlarımızın övladları ilə birlikdə xüsusi bir “Sehrli gün”də qeyd etdik. Əyləncə, gülüş və unudulmaz xatirələrlə dolu tədbirimizdən ən gözəl anları təqdim edirik. Bütün uşaqların bayramı mübarək olsun!

FMG komandası olaraq “Ümid Yeri” uşaq sığınacağının qonağı olduq. Balacalarla bir araya gəlib çox səmimi vaxt keçirdik, ...
26/05/2026

FMG komandası olaraq “Ümid Yeri” uşaq sığınacağının qonağı olduq. Balacalarla bir araya gəlib çox səmimi vaxt keçirdik, gündəlik qayğıları ilə maraqlandıq və ehtiyacları olan bəzi ləvazimatları (yataq dəstləri və yay yorğanları) onlara hədiyyə etdik.

Bizim üçün bu ziyarətin ən önəmli tərəfi onlara mənəvi dayaq olmaq və cəmiyyətimizin çox dəyərli bir parçası olduqlarını hiss etdirməkdir.

FMG olaraq binaları idarə etsək də, fəlsəfəmizin mərkəzində həmişə insan dayanır. Üzündə təbəssüm yaratdığımız hər bir uşaq bizim üçün ən böyük motivasiyadır! 🤍

Ölkəmizin ev sahibliyi etdiyi qlobal forum çərçivəsində FMG stendi tədbir günləri ərzində yerli və xarici sənaye mütəxəs...
21/05/2026

Ölkəmizin ev sahibliyi etdiyi qlobal forum çərçivəsində FMG stendi tədbir günləri ərzində yerli və xarici sənaye mütəxəssisləri, eləcə də forum iştirakçıları tərəfindən maraqla ziyarət olunmağa davam edir.

Forum müddətində komandamız tərəfindən qonaqlara daşınmaz əmlakın idarəedilməsi sahəsində tətbiq etdiyimiz müasir həllər və dayanıqlı idarəetmə modelimiz barədə ətraflı məlumat təqdim olunur. Görüşlər zamanı əsas diqqət aşağıdakı istiqamətlərə yönəldilir:

▪️ İdarəetmədə rəqəmsal transformasiya (“Rahat Bina” və “Singu” sistemləri)
▪️ Tullantıların idarə olunması və ekoloji təşəbbüslər
▪️ ISO 41001 və SƏTƏMM tələblərinə əsaslanan xidmət keyfiyyəti
▪️ Müasir urbanizasiya qaydalarına uyğun obyekt idarəetməsi

Forum çərçivəsində stendimizi ziyarət edən və fəaliyyətimizlə yaxından tanış olan bütün tərəfdaşlara təşəkkür edirik. FMG olaraq rəqəmsal və ekoloji standartlara cavab verən idarəetmə fəaliyyətimizi uğurla davam etdiririk.





As part of the global forum hosted by our country, the FMG stand continues to attract strong interest from local and international industry professionals, as well as forum participants throughout the event days.

During the forum, our team is presenting detailed information to guests about the modern solutions we implement in the field of property management and our sustainable management model. The main focus of these meetings includes the following directions:

▪️ Digital transformation in management (“Rahat Bina” and “Singu” systems)
▪️ Waste management and environmental initiatives
▪️ Service quality based on ISO 41001 and HSE requirements
▪️ Facility management in line with modern urbanization standards

We would like to thank all partners who visited our stand within the framework of the forum and became closely acquainted with our activities. As FMG, we continue to successfully implement management practices that meet digital and environmental standards.

FMG olaraq WUF13-dəyik! 🌍🏢17-22 may tarixlərində Bakının ev sahibliyi etdiyi XIII Ümumdünya Şəhərsalma Forumunda biz də ...
15/05/2026

FMG olaraq WUF13-dəyik! 🌍🏢

17-22 may tarixlərində Bakının ev sahibliyi etdiyi XIII Ümumdünya Şəhərsalma Forumunda biz də varıq.

İdarə etdiyimiz binaların sadəcə beton divarlardan ibarət olmadığına, şəhərin canlı, təhlükəsiz və yaşıl bir parçası olduğuna inanırıq. Forum günlərində məhz bu yanaşmamızı, eləcə də işimizi asanlaşdıran "Rahat Bina" və "Singu" rəqəmsal həllərimizi, eko-layihələrimizi ziyarətçilərlə bölüşürük.

Tədbir günlərində yolunuz düşsə, mütləq stendimizə baş çəkin. Gəlin, şəhərimizin və idarəetmənin gələcəyini birlikdə müzakirə edək! 🤝

📍Stend nömrəsi: C06

Address

93 Zarifa Aliyeva
Baku
A1000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125041111

Website

Alerts

Be the first to know and let us send you an email when Facility Management Group - FMG posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Facility Management Group - FMG:

Shortcuts

Share