14/09/2026
Pedaqoji Şura iclası
2026–2027-ci tədris ilinin ilk Pedaqoji Şura iclası keçirildi.
İclasda ötən tədris ilinin nəticələri və şagird nailiyyətləri təhlil edildi, tədris prosesinin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində görüləcək işlər müzakirə olundu. Eyni zamanda, yeni tədris ili üçün müəyyənləşdirilən məqsədlər, qarşıda duran əsas vəzifələr, təlim-tərbiyə prosesinin səmərəli təşkili və müəllimlərin bu istiqamətdə üzərinə düşən məsuliyyətlər diqqətə çatdırıldı.
İclas çərçivəsində 65 yaşı tamam olan müəllim uzunmüddətli və səmərəli pedaqoji fəaliyyətinə görə fəxri fərmanla təltif edildi. Məktəbə yeni təyin olunan müəllimlər kollektivə təqdim olundu, onlara gələcək fəaliyyətlərində uğurlar arzulandı.
Sonda qarşıya qoyulan məqsədlərin uğurla həyata keçirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin hərtərəfli inkişafının təmin olunması istiqamətində müəllim heyətinə müvafiq tövsiyələr verildi. Yeni tədris ilinin məktəb kollektivi üçün uğurlu və məhsuldar olması diləkləri ifadə edildi.