23/11/2025
Sual: Bələdiyyə sənədi ilə çıxarış ala bilərəmmi? Bələdiyyə sənədi ilə torpaq alqı-satqı edə bilərəmmi?
Cavab:
Bələdiyyələrin torpaq ayırma səlahiyyəti 01 dekabr 2007-ci ilə qədər olub. Bu dövrdə bələdiyyələrin qərarı, alqı-satqı aktı, torpaq komitəsinin rəyi və torpaq sahəsinin yerləşmə sxemi kimi sənədlər əsasında vətəndaşlar daşınmaz əmlak üzərində hüquqlarını dövlət qeydiyyatına aldırmaq üçün ləğv edilmiş DƏDRX-ə (indiki Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsə) müraciət edə bilirdi.
Hazırda həmin dövrdə verilmiş bələdiyyə sənədləri qalmayıb, olanlarda vaxtında çıxarış sənədini almışdır. Hal-hazırda mövcud olan sənədlər isə sonradan hazırlanmış sənədlərdir ki, onların heç bir hüquqi qüvvəsi yoxdur. Yəni torpaq komitəsinin rəyi və digər müvafiq sənədlər tam şəkildə mövcud deyil. Bu səbəbdən, hazırkı "bələdiyyə sənədləri" ilə çıxarış almaq cari qanunvericiliyə əsasən mümkün deyil.
2007-ci ildən sonra:
Bələdiyyələr torpaqları yalnız açıq hərrac və ya müsabiqə yolu ilə vətəndaşlara təqdim edə bilər. Bunun üçün:
1. Bələdiyyə əvvəlcə öz adına çıxarış almalıdır.
2. Daha sonra torpağı hərrac və ya müsabiqə yolu ilə alqı-satqı və ya icarə müqaviləsi əsasında vətəndaşa təqdim edə bilər.
Hərracda qalib gələn şəxsə şəhadətnamə təqdim edilir. Həmin şəhadətnamə əsasında bələdiyyə və vətəndaş arasında notarial qaydada alqı-satqı və ya icarə müqaviləsi bağlanır.
Məhdudiyyət:
Torpaq sahəsi alındıqdan sonra 5 il müddətinə satış məhdudiyyəti (yüklülük) tətbiq edilir.
Indiki zəmanədə, xüsusilə 99 faiz Bakı ərazisində Vətəndaşlarada torpaq sahəsi satıldıqda "Etibarnamə" əsasında verilir. Yeni satan şəxs "Etibarnamə" verirki, gələcəkdə qanunvericilikdə dəyişikliklər olunarsa, sənədləşmə işləri icra edilərsə həmin şəxsin adından sənədləşdirilsin. Yenədə sənədin kökü satan şəxsin adına olduğundan, çıxarış onun adına alınacaq. Yeni məsləhət görmürəm
Əlavə suallarınız olarsa, buyurun!
Əlaqə nömrəsi 0559764348(Whatsapp aktivdir)