Daşınmaz Əmlak Məsləhətləri

Call Directions Website Contact the business

Daşınmaz Əmlak Məsləhətləri Daşınmaz Əmlaka dair məsləhətlər xidmətlərinin göstərilməsi, əmlakın qiymətləndirilməsi, əmlakın özəlləşdirilməsi ilə bağlı konsaltinq və s.

15/05/2024

Rəhbərlik etdiyim
UNIPRICE MMC
Mərkəzi Bankın
tenderinin QALİBİ oldu!

https://haqqin.az/news/277001
10/03/2023

https://haqqin.az/news/277001

Какими будут цены на недвижимость в Азербайджане? аналитическая выкладка Uniprice; все еще актуально Центр оценки и экспертизы Uniprice 9 мартa 2023, 15:57 В последние годы на ры...

https://publika.az/news/region/409916.html
27/08/2022

https://publika.az/news/region/409916.html

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...

Bura Bakıdır...Ev sökülməlidir, yoxsa işlək olan neft buruğu?
24/03/2021

Bura Bakıdır...
Ev sökülməlidir, yoxsa işlək olan neft buruğu?

26/10/2020

Qiymətləndirmə və Ekspertiza Mərkəzi olan Uniprice MMC Silahlı Qüvvələrə Yardım Fonduna 500 manat vəsait köçürmüşdür.
Yaşasın Azərbaycan ordusu, Yaşasın Azərbaycan!
🇦🇿

Əlaqə: +99450 333 34 48; +99412 566 17 66
15/09/2020

Əlaqə: +99450 333 34 48;
+99412 566 17 66

https://news24.az/sosial/47146
18/08/2020

https://news24.az/sosial/47146

“İndi sözün əsil mənasında mənzil almağa dəyər. Çünki gələcəkdə bu qiymətləri bir daha görməyə bilərik”.Bunu News24.az-a müsahibəsində mənzil bazarındakı son vəziyyəti təhlil edən əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə deyib.Ekspertlə müsahibəni təqdi...

02/07/2020

İKZF-nin kredit zəmanət mexanizmi haqqında məlumat

Məlum olduğu kimi, 2018-ci ilin sonlarından etibarən İpoteka və Kredit Zəmanət Fondu tərəfindən tətbiqinə başlanılan kredit zəmanət mexanizmi sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə çıxışının genişləndirilməsinə, banklar tərəfindən yüksək keyfiyyətli kredit portfelinin formalaşdırılmasına və ölkədə iqtisadi aktivliyin artırılmasına xidmət edir. Qeyd olunan mexanizm müvəkkil banklarla Fond arasında risklərin səmərəli şəkildə bölüşdürülməsi hesabına bankları kiçik və orta sahibkarların kreditləşdirilməsinə stimullaşdırır. Eyni zamanda, təminat səviyyəsi qənaətbəxş səviyyədə olmayan sahibkarların kredit resurslarına çıxışını təmin edir və faiz subsidiyaları vasitəsilə sahibkarların kredit yükünü azaldaraq onların fəaliyyətini dəstəkləyir.
Mexanizm tətbiq edilərkən Fond tərəfindən digər qabaqcıl ölkələrin kredit zəmanət sahəsində mütərəqqi təcrübələri öyrənilib, beynəlxalq maliyyə institutlarının tövsiyələri, habelə ölkəmizin mövcud iqtisadi reallıqları və xüsusiyyətləri nəzərə alınıb.
Ötən dövr ərzində zəmanətlərin verilməsi prosesinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üçün mütəmadi olaraq təhlillər aparılıb, sahibkarlar arasında sorğular keçirilib, müvəkkil banklarla qarşılıqlı müzakirələr aparılıb, mexanizmin genişlənməsi ilə bağlı maneə və çətinliklər dərindən öyrənilib. Aparılmış təhlillərin nəticəsi olaraq, sahibkarların ehtiyacları və bankların təklifləri nəzərə alınaraq mərhələli şəkildə aşağıdakı əlavə və dəyişikliklər edilib:
- mövcud zəmanət mexanizmi çərçivəsində Fond tərəfindən təminatlı kreditlərlə yanaşı, ümumiyyətlə tam təminatsız kreditlərə də zəmanət və faiz subsidiyalarının verilməsi təmin edilib;
- əsasən kiçik sahibkarlar üçün 100 min manatadək kreditlər üzrə müvəkkil bankların təhlili və qərarı əsasında, əlavə maliyyə sənədləri tələb olunmadan zəmanətlərin verilməsi mexanizmi yaradılıb;
- orta sahibkarlıq subyektlərinin ehtiyaclarını nəzərə alaraq, 500 min manatadək kreditlər üzrə zəmanətlərin verilməsi ilə bağlı qiymətləndirmə prosesinin sadələşdirilməsi və sürətləndirilməsi üçün tələb olunan sənədlərin siyahısı minimal səviyyəyə endirilib;
- sistem çərçivəsində qısamüddətli (maksimum 6 aylıq) sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi üzrə yeni mexanizm formalaşdırılıb;
- zəmanət üçün müvəkkil banklardan alınan komissiya haqları minimal hədlərə endirilib.
Kredit zəmanət sisteminin daha da təkmilləşdirilməsi və faiz subsidiyası mexanizminin effektivliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 7 may 2020-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli Fərmanına dəyişikliklər edilib. Bankların risklərinin daha çox hissəsinin Fond tərəfindən öz üzərinə götürülməsi və onların kreditləşmə fəaliyyətini stimullaşdırmaq məqsədi ilə Fərmanla aşağıdakı dəyişikliklər edilib:
- bir kredit üzrə zəmanətin kreditə nisbətinin yuxarı həddi 75%-dən 85%-dək artırılıb;
- Fond tərəfindən banklara zəmanət ödənişləri üzrə 7%-lik hədd 10%-dək artırılıb;
- zəmanət üzrə müraciətlərə baxılmağa görə birdəfəlik xidmət haqqı və zəmanət, o cümlədən faiz subsidiyası limitlərinin istifadəsi ilə bağlı cərimə və məhdudiyyətlər ləğv edilib.
Yuxarıda qeyd olunanlarla yanaşı, kreditlər üzrə faiz subsidiyalarının ayrılmasının daha da sadələşdirilməsi və xüsusilə, ixracatla məşğul olan sahibkarların dəstəklənməsi məqsədilə investisiya təşviqi sənədi almış və ya cari ildə ixrac təşviqi ödənilmiş sahibkara ayrılan kreditlər üçün faiz subsidiyası kreditin müddətindən asılı olmayaraq 10% müəyyən edilib.
Görülmüş işlər nəticəsində bu günə mexanizm çərçivəsində Fondun zəmanəti ilə müvəkkil banklar tərəfindən sahibkarlara 91 mln. manatdan artıq kredit ayrılıb və həmin kredilər üzrə faiz subsidiyalarının hesablanmış məbləği 12,2 mln. manatdan artıq məbləğdə nəzərdə tutulub. Zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay təşkil edir, kreditlər üzrə subsidiya hesabına borcalanlar tərəfindən ödəniləcək faizlərin həcmi isə 6%-ə enib. Bu kreditlər vasitəsilə biznes layihələrinin maliyyələşməsi hesabına 1500-dən çox yeni iş yerinin açılması təmin ediləcək. Zəmanət verilmiş kreditlər əsasən qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı sahələrinə təqdim olunub.
Xüsusilə vurğulamaq lazımdır ki, sahibkarlıq kreditlərinin risk səviyyəsinin yüksək olmasına baxmayaraq, bugünədək Fond tərəfindən zəmanət verilmiş kreditlər üzrə defolt halları qeydə alınmayıb. Bu isə öz növbəsində Fond tərəfindən kredit müraciətlərinin qiymətləndirilməsi mexanizminin müvəffəqiyyətlə tətbiq edildiyinin gəstəricisidir.
Koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətlə əlaqədar ötən müddət ərzində Fond tərəfindən sahibkarlıq kreditləri üzrə restrukturizasiya müraciətlərinə də baxılıb və bu günə müraciət edilən 6 sahibkarlıq krediti üzrə restrukturizasiya həyata keçirilib.
Mexanizmin təkmilləşdirilməsi sahəsində növbəti mərhələdə xüsusilə mikro və kiçik sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, habelə banklarla yanaşı digər maliyyə-kredit təşkilatlarının da (bank olmayan kredit təşkilatları, lizinq şirkətləri və s.) kredit zəmanət mexanizmindən faydalanması üçün məqsədyönlü işlər davam etdirilir. Bu tədbirlərin müvafiq dövlət qurumları və beynəlxalq maliyyə təşkilatları ilə birlikdə həyata keçirilməsi planlaşdırılır.
Qeyd olunanlarla yanaşı, Fond tərəfindən zəmanətlərin verilməsi prosesinin avtomatlaşdırılması üzrə işlər artıq tamamlanıb və elektron sistemin növbəti aydan tam istifadəyə verilməsi nəzərdə tutur. Avtomatlaşmanın tətbiqi kredit zəmanətləri ilə bağlı proseslərin əlavə sənədlər tələb olunmadan və sürətli aparılmasına, mexanizmin əlçatanlığının daha da artırılmasına və sahibkarlara xidmət səviyyəsinin yüksəldilməsinə zəmin yaradacaq.

Address

Bakı şəhəri, N. Nərimanov Rayonu, Faiq Yusifov Küçəsi, 20/3
Baku

Alerts

Be the first to know and let us send you an email when Daşınmaz Əmlak Məsləhətləri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Daşınmaz Əmlak Məsləhətləri:

Shortcuts

Share

Category