Əmlak Ekspert Mərkəzi

Əmlak Ekspert Mərkəzi Qiymətləndirmə və Ekspertiza
üzrə xidmətlər ... ayrı-ayrı layihələrdə birgə iştirakı ilə təkliflər hazırlamaq, tədbirlər həyata keçirmək və s.

“ƏMLAK EKSPERT MƏRKƏZİ” HAQQINDA MƏLUMAT

“Əmlak Ekspert Mərkəzi” MMC (bundan sonra Mərkəz) 2014-cü ildə daşınmaz əmlak bazarının qiymətləndirilməsi və ekspertizası, digər əmlak subyektlərinin (bütün növ daşınar əmlakların, bina və qurğuların, ixtisaslaşmış avadanlıqların, qeyri-maddi aktivlərin, qızıl-zinət əşyalarının, nəqliyyat vasitələrinin və s.) qiymətləndirilməsi üzrə ixtisaslaşmış mütəxəss

islər (ekspertlər) tərəfindən təsis edilib və dövlət qeydiyyatından keçirilib. Mərkəz hal-hazırda Nizamnaməsinə uyğun olaraq qiymətləndirmə, əmtəəşünaslıq, tikinti-texniki ekspertizası, konsaltinq və kompleks marketinq sahəsində fəaliyyət göstərir. Fəaliyyəti üzrə hüquqi və fiziki şəxslərə Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununa, Beynəlxalq Qiymətləndirmə Standartlarına (BQS), “Milli Qiymətləndirmə Standartları”na (MQS), “Dövlət Məhkəmə Ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq xidmət göstərir. Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq Mərkəz onlarla dövlət və özəl müəssisələri ilə əməkdaşlıq etmiş və qazanılan etibar sayəsində bu tərəfdaşlığı uğurla davam etdirməkdədir.


“ƏMLAK EKSPERT MƏRKƏZİ”nin fəaliyyət istiqamətləri

Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri daşınar və daşınmaz əmlakların qiymətləndirilməsi və ekspertizasıdır. Qiymətləndirmə üzrə kompleks xidmət fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:

Məhkəmə mübahisələri zamanı qiymətləndirmə (rəy və arayışlar);
Yaşayış obyektlərinin (mənzil, fərdi yaşayış evi, mülk) qiymətləndirilməsi;
Qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi;
İstehsal, ticarət, sənaye və s. təyinatlı obyektlərin qiymətləndirilməsi;
Sığorta olunan əmlakların qiymətləndirilməsi;
Beynəlxalq Maliyyə Hesabatları Standartına keçidlə əlaqədar müəssisələrin qiymətləndirilməsi;
Əsas fondların yenidən qiymətləndirilməsi;
Girov götürülən əmlakların ədalətli dəyərlə qiymətləndirilməsi;
Torpaq sahələrinin qiymətləndirilməsi;
İpoteka predmetinin qiymətləndirilməsi;
Biznesin, investisiya layihələrinin qiymətləndirilməsi;
Balansa götürmə və balansdan çıxarma üzrə qiymətləndirmə;
Qızıl-zinət əşyalarının qiymətləndirilməsi;
Avtonəqliyyat vasitələrinin və digər nəqliyyat vasitələrinin (vaqonlar, gəmilər və s.) qiymətləndirilməsi:
Söküntü və təmir-bərpa işləri üzrə dəymiş maddi ziyanın müəyyənləşdirilməsi üzrə qiymətləndirmə;
İxtisaslaşmış avadanlıq və ötürücü qurğuların, qeyri-maddi aktivlərin qiymətləndirilməsi;
Əmlak vergisinə cəlbetmə məqsədilə bələdiyyə ərazisindəki əmlakın qiymətləndirilməsi və s.


“ƏMLAK EKSPERT MƏRKƏZİ”NİN QİYMƏTLƏNDİRMƏ ÜZRƏ STRUKTURU

“Əmlak Ekspert Mərkəzi” qiymətləndirmə və ekspertiza fəaliyyətinin həyata keçirilməsi üçün lazımi texniki bazaya, çoxsaylı proqram təminatına və ən əsası peşəkar mütəxəssis heyətinə malikdir ki, əksəriyyəti hüquqşünas, qiymətləndirici, iqtisadçı, mühəndis, texnoloq, memar, maliyyəçi və s.- dən ibarətdir. Mərkəzin fəaliyyəti üzrə iş strukturu aşağıdakı kimi qurulmuşdur:

ƏMLAK BAZARI ÜZRƏ KONSALTİNQ

Əmlak bazarının konsaltinqi üzrə “Əmlak Ekspert Mərkəzi”nin təqdim etdiyi təkliflər aşağıdakılardır:
• İqtisadiyyatın bütün sahələri (bank, maliyyə, uçоt, qiymət, təhlil, tənzimləmə, statistika, qiymətli kağızlar, lizinq, əmlak və əmtəə bazarı və s.) ilə bağlı təhlil işlərinin aparılması, iqtisadi layihələrin hazırlanması, sоrğuların, sеminarların kеçirilməsi;
• Əmlak təhlükəsizliyi, rеgiоnal inkişaf, ətraf mühitin mühafizəsi və sоsial təminat kimi müхtəlif sahələrdə priоritеtlərin təmin еdilməsi üçün əmlak mülkiyyətçilərinin fəaliyyətinin qurulmasına dair təkliflərin hazırlanması;
• Əmlak bazarının mоnitоrinqinin aparılması, markеtinq araşdırmalarının həyata kеçirilməsi, təkliflərin hazırlanması.
• Əmlak sahəsində prоblеmlərin həllinə dəstək vеrmək məqsədi ilə təqdim еdilmiş məlumatın maliyyə analizinin aparılması, gəlir və хərclərin hеsablanması;
• Хidmətlərin prоqnоzlaşdırılmış göstəricilərə uyğun оlmasını təyin еtmək məqsədi ilə hеsabatların təhlili;
• Xidmət və keyfiyyət standartlarının təhlili və təkliflərin hazırlanması;
• Bazara çıxarılan əmlakın və bağlanan əqdlərin dinamikasının öyrənilməsi;
• Bazarın seqmentasiyası və aidiyyəti bazarın yerinin müəyyən edilməsi;
• Regionlar və iqtisadi rayonlar üzrə tələb və təklifin coğrafiyasının analizi;
• Daşınmaz əmlak bazarının və bununla bağlı iqtisadiyyatın digər sahələrinin potensial imkanlarının araşdırılması;
• Ərazilər və seqmentlər üzrə qiymətlərin təhlili və proqnozlaşdırılması;
• Əmlakın gəlirliyinin və likvidlik dərəcəsinin təyini;
• Daşınmaz əmlakdan istifadəyə dair məsləhətlər verilməsi;
• Əmlak bazarı ilə əlaqədar informasiya, marketinq, treninqlər və məsləhət xidməti;
• Qanunvericiliyin şərhi, bazar və biznesə təsir göstərən əsas amillər üzrə konsultasiya;
• Azərbaycan Respublikasında biznes fəaliyyəti ilə məşğul olan yerli və xarici sahibkarların tikinti, infrastruktur sahəsində, yerli hakimiyyət orqanları, nazirlik və idarələrlə bağlı fəaliyyətinə dəstək olmaq;
Mərkəzin əsas məqsədi ölkə iqtisadiyyatının bütün sahələri üzrə, o cümlədən daşınan və daşınmaz əmlak bazarı sahəsində həyata keçirilən islahatları, tətbiq edilən texnologiyaları öyrənmək və onların yayılmasına nail olmaqdır. Fəaliyyət dairəsinə həmçinin:
- İqtisadiyyatın makro və mikro problemlərini öyrənmək, təhlil etmək və bu sahədə dövlət orqanları ilə əməkdaşlıq etmək, beynəlxalq təcrübələrə əsaslanaraq problemlərin elmi əsaslarla nəzəri və praktiki həlli yollarını araşdırmaq;
- Bölgələrdə iqtisadiyyatın müxtəlif sahələrinin daha da inkişafına, daxili və xarici investorların cəlb edilməsinə kömək göstərmək;
- Regional əmlak bazarlarının inkişaf etdirilməsi üçün qabaqcıl və mütərəqqi ideyaları öyrənmək, yaymaq, mülkiyyətçi təfəkkürünün formalaşması, ekoloji təmiz əmlak yaradılması üçün maarifləndirmə işi aparmaq, elmi, praktiki materialları nəşr etdirmək, peşə standartlarının hazırlanması və xidmətlər göstərilməsi üzrə məsləhətlər vermək;
- Əmlak bazarı iştirakçılarının – kommersiya qurumlarının, rieltorların, bankirlərin, sığortaçıların, qiymətləndiricilərin, brokerlərin, maliyyə məsləhətçilərinin, hüquqşünasların, memar və arxitektorların, dizaynerlərin, mühəndis konstruktorların, layihəçilərin və s. məsələlər də Mərkəzin əsas məqsədlərinə aiddir.


ƏMLAK BAZARI ÜZRƏ İNFORMASİYA TƏMİNATI

“Əmlak Ekspert Mərkəzi” respublika ərazisində daşınmaz əmlak bazarı üzrə infоrmasiya təminatını həyata kеçirməklə bu sahədə baş vеrən dəyişiklikləri yaхından izləyir və dövrlərə görə analitik təhlillər hazırlayır. Mərkəzin bu xidmətindən istifadə еdən хеyli sayda sifa¬rişçisi və abunəçisi vardır.
İnfоrmasiya təminatı fəaliyyəti üzrə Mərkəz lazımi prоqram bazası və resurs təminatına malikdir. Aylıq, rüblük və illik olaraq aparılan monitorinqlər bu informasiya bazasının əsasını təşkil edir. Mərkəzin təklif etdiyi хidmətləri aşağıdakı kimi qruplaşdırmaq olar:

Daşınmaz əmlak bazarı barədə dövrlər üzrə analitik icmalların hazırlanması;
Daşınmaz əmlak bazarının müxtəlif seqmentləri (təkrar, ilkin, torpaq, qeyri-yaşayış və s.) üzrə bülletenlərin hazırlanması;
Əsas biznes xətti üzrə maraqlar, cari işlər və müvafiq qanunvericilik fəaliyyətləri ilə bağlı məlumatlar təqdim etmək;
Müхtəlif təyinatlı infоrmasiyaların tərtib edilməsi və KİV-də iştirak;
Sahibkarlara kredit alınması məqsədilə beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli investisiya layihələri (Biznes-plan) hazırlanması xidmətləri də Şirkətimiz tərəfindən təklif edilir.
İCTİMAİ ƏLAQƏLƏR

“Əmlak Ekspert Mərkəzi” qiymətləndirmə və konsaltinq üzrə beynəlxalq təşkilatlar, dövlət qurumları, QHT-lər və özəl sektor sahələri ilə əməkdaşlıq etməkdədir:

Dövlət qurumları
• Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi;
• Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti;
• Azərbaycan Respublikası Mərkəzi Bankı;
• Azərbaycan Respublikası Ədliyyə Nazirliyi;
• Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi;
• Bələdiyyələrlə İş Mərkəzi;

Məhkəmə instansiyaları
• Bakı Apellyasiya Məhkəməsi;
• Şirvan Apellyasiya Məhkəməsi;
• Gəncə Apellyasiya Məhkəməsi;
• Şəki Apellyasiya Məhkəməsi;
• Bakı şəhəri Səbail Rayon Məhkəməsi;
• Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi;
• Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi;
• Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi;
• Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi;
• Bakı şəhəri Yasamal Rayon Məhkəməsi;
• Bakı şəhəri Xəzər Rayon Məhkəməsi;
• 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi;
• 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi;

Beynəlxalq təşkilatlar
• ABACEELİ - Amerika Hüquqşunaslar Assosiyasiyası;
• BBVB - Bakı Banklararası Valyuta Birjası;
• Avropa Ümumi Hüquq Mərkəzi,
• Beynəlxalq Qiymətləndirmə Mərkəzi. Bunlardan başqa Mərkəz hazırda bir çox hüquq məsləhətxanaları, vəkillər kollegiyası, hüquqi və fiziki şəxslər, audit şirkətləri və s. ilə sıx əməkdaşlıq edir, KİV ilə maarifləndirmə işini gücləndirir, yerli və beynəlxalq tədbirlərdə yaxından iştirak etməkdədir.


Ünvan: Azərbaycan Respublikası, AZ 1033,
Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq pr. 114.
Əlaqə telefonları:
iş: +994 012 409 05 87;
+994 012 440 06 70;
mob: +994 050 226 05 87;
www: eem.az
e-poçt: [email protected]

Address

Azadlıq Pr. 114
Baku
AZ1033

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 14:00

Telephone

+99450 2260587

Alerts

Be the first to know and let us send you an email when Əmlak Ekspert Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Əmlak Ekspert Mərkəzi:

Share