21/02/2022
Sizə təqdim etdiyimiz, “ÇİNAR” yaşayış kompleksi, Məhəmməd Xiyabani 14 ünvanında inşa edilir, Hündürlüyü 60 metr, gövdə çevrəsi üzrə ölçüsü 202 metr olan bu binanın 17 mərtəbəsində 202 ailə özünə uzun illər müddətinə etibarlı, rahat, təhlükəsiz yaşam məkanı əldə etmiş olacaqlar. 3 blokda, açıq layihə konsepsiyalı, tavan hündürlüyü 3,15 metr olan 1,2,3 və 4 otaqlı mənzillər, sərfəli satış şərtləri ilə sizin seçiminizə verilir.
Hər blokda 3 surətli lift 24 saat sizin xidmətinizdə olacaq.
NAĞD SATIŞ!
1 kv.m - 1.350azn
Kompleksdə sakinlərin rahatlığı üçün bütün şərait yaradılacaq. Kompleksin ərazisində uşaqların və böyüklərin istirahəti üçün zonalar, uşaq baxçası, klinika, ticarət, idman, iaşə obyektləri mövcud olacaq. Kompleks fasiləsiz su, qaz, elektrik enerjisi ilə təmin ediləcək. Ərazi gün ərzində fasiləsiz video müşahidə nəzarətində olacaq.
İcra etdiyi digər layihələrində olduğu kimi, “Mahal Construction”, bu yaşayış kompleksinin inşası üçün də inkişaf etmiş infrastruktura malik ərazi seçmişdir. Bilavasitə kompleksin yanında avtobus dayanacağı yerləşir. Buradan 17 və 78 nömrəli avtobuslar ilə 7-10 dəqiqəyə “İnşaatçılar” metro stansiyasına və əks istiqamətdə hərəkət etməklə, rahatlıqla şəhərin digər hissələrinə hərəkət etmək mümkündür. “20 Yanvar” metro stansiyası kompleksdən avtomobil ilə 10-12 dəqiqəlik məsafədə yerləşir. Kompleksdən piyada olaraq 15 dəqiqəlikdə, nəqliyyatla 5 dəqiqəlikdə “Yeni Yasamal Parkı” yerləşir. Həmçinin kompleksdən 10 dəqiqəlik gəzinti məsafəsində 52 və 286 nömrəli, iki orta məktəb yerləşir,
Kompleksin inşası müddətində ətraf infrastrukturun daha da inkişaf edəcəyi gözlənilir. ”ÇİNAR” yaşayış kompleksi, “Mahal Construction” tərəfindən inşa edilən digər komplekslər kimi, keyfiyyətin və etibarlılığın təcəssümüdür. Tikinti mərhələsindən asılı olmayaraq, alınan mənzillər əmlak komitəsində qeydiyyatdan keçirilir. Bu isə öz növbəsində kompleks yaşayışa təhvil verildikdən sonra, sakinlərin aldıqları mənzillərinə çıxarışların alınması üçün zəmanətdir.
“Mahal Construction” müasir tikinti texnologiyaları və materialları tətbiq etməklə, keyfiyyətli və zəmanətli iş prosesinə, öz fəaliyyətində şəffaflığa üstünlük verir.
Yaşayış kompleksindən çevrə üzrə 1-1,5 km məsafə çərçivəsində yerləşən bəzi obyektlərin siyahısı:
- 52 və 286 saylı orta məktəblər;
- “Bakı Biznes Universiteti”;
- 2 saylı Tibb Kolleci;
- 39 saylı poliklinika;
- Respublika Klinik Xəstəxanası;
- Nəsrəddin Tusi adına klinika;- Truma Center Hospital;
- Restoran “Şahzadə”;
- Restoran “Xarı Bül-bül”;
- “Bazar Store”, Armo Store”,“Bizim Market”,“Yeni Market”, “OBA Market;
- “Bravo” Hipermark;
- “20 Yanvar” metro stansiyası;
- “İnşaatçılar” metro stansiyası;
- Performance Center;
- Yeni Yasamal Parkı
Binaların xarici və daxili divarlarının inşası üçün, müasir, yüksək əmsallı səs və istilik izolyasına malik "Gobustone" və "Blokpan" bloklarından istifadə ediləcək.
İstifadə edilən beton В25 М350"Akkord", sement "Norm", armatur А500C (Rusiya).
"Çinar" yaşayış kompleksi - zövqlə inşa edilən,fərqli yaşam məkanı!
-------------------------------------------
OFIS İLƏ ƏLAQƏ:
Telefon: (012) 563-16-21
Mobil: (050) 218-18-45
WhatsApp: (070) 218-18-45
İş saatları: 09:00-17:00
E-mail: [email protected]
https://mahal.az/
https://www.facebook.com/mahal.construction/
https://www.facebook.com/panorama.bayil/
https://www.facebook.com/baku.nar.residence/
https://www.facebook.com/chinar.comple