Tezliklə!«Virtual tur» - evin, kottecin, həyətyanı sahənin, mənzilin, ofisin daxili və xarici görünüşünün üç ölçülü modelidir. İndi sizin daşınmaz əmlakın alıcısını daha tez tapmaq üçün onun “Virtual turunu” İnternetdə yerləşdirmək kifayətdir. Beləliklə, Siz müştəriyə təklif etdiyiniz obyektin üstünlüklərini kompüter ekranında qiymətləndirmək imkanı vermiş olursunuz. Nəticədə artıq maraqlı və sövd
ələşməyə hazır müştəri Sizə müraciət edəcəkdir. Siz “boş” nümayişlərin qarşısını almış olacaqsınız. İndi hər bir arzu edən şəxs və hətta Azərbaycandan kənarda yaşayanlar da Sizin mənzilinizi ətraflı şəkildə gözdən keçirə bilər, çünki ən yeni foto çəkilişlərin ən son texnologiyası və İnternet ona bu cür imkanlar yaradır. Siz «Virtual Tur və ya 3D» sferik görüntü seyr edərkən adi fotoşəkillə müqayisədə nəzərdən keçirdiyi obyekt haqqında daha geniş həcmdə vizual məlumat əldə etmiş olur. Virtual görüntü reallığı əks etdirmək sahəsində o qədər yüksək qabiliyyətə malikdirlər ki, demək olar ki, obyekti real (fiziki) surətdə ziyarət etməni əvəz etmiş olurlar. 3D görüntü və ya virtual tur, əməkdaşların sayını azaltmağa və satınalma haqqında qərar qəbul edən real Müştərilərə daha çox diqqət ayırmağa imkan verəcəkdir. 3D sferik görüntü hətta kiçik məkanların (vanna otağı, qarderob otağı, lociya) ölçüsü və planlaşdırılması haqqında təsəvvür yaratmağa imkan verəcəkdir ki, bunu da adi fotoşəkillər əsasında etmək həddən artıq çətindir. «Virtual tur» tamaşaçıya həqiqətən orada olduğu kimi, bir məkandan o biri məkana keçmək təəssüratı yaradır. «Virtual tur» statik fotoşəkillərlə müqayisədə daha məlumatlandırıcı materialdır: obyekti yaxınlaşdırmaq və ya uzaqlaşdırmaq, 360 dərəcə “döndərmək”, interyerin ayrı-ayrı detallarını ətraflı şəkildə gözdən keçirmək mümkündür. “Virtual turların” köməyi ilə Siz öz daşınmaz əmlakınızı eyni zamanda bir çox potensial alıcıya nümayiş etdirə bilərsiniz. Nə qədər çox nümayiş olarsa, o qədər də sürətlə sövdələşməniz baş tutacaqdır!