El İnvest Əmlak Agentliyi

El İnvest Əmlak Agentliyi Ev, mənzil, obyekt, ofis, torpaq və sair daşınmaz əmlakın alışı, satışı, icarəsi və kirayəsi, reklam və elanların hazırlanması xidmətləri

EL İNVEST əmlak agentliyi sizlərə öz xidmətlərini təklif edir. Ev, mənzil, ofis və sair obyektlərizin alışı, satışı, icarə və kirayəsinə yardım göstərə bilərik. Obyektlərin reklam çəkilişləri və internet resurslarda yayımlanması da xidmətlərimizə daxildir.

28/07/2026

Qadınlar niyə açıq saçıq geyinməyə çalışır? Əsl səbəb

28/07/2026

SƏRFƏLİ QİYMƏTƏ BÖYÜK HƏYƏT EVİ

Bakıda bu evlərin qiyməti kəskin qalxırSon illər Azərbaycanda, xüsusilə də Bakı şəhərində mənzil bazarında qiymət artımı...
27/07/2026

Bakıda bu evlərin qiyməti kəskin qalxır

Son illər Azərbaycanda, xüsusilə də Bakı şəhərində mənzil bazarında qiymət artımı davam edir. Həm yeni tikililərin, həm də köhnə yaşayış binalarındakı mənzillərin bahalaşması alıcıların diqqət mərkəzindədir. Qiymət artımına təsir edən əsas amillər tikinti xərclərinin yüksəlməsi, torpaq çatışmazlığı, köhnə binaların yenilənməsi prosesi və ipoteka mexanizmlərinin genişlənməsidir.
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Demokrat.az"a açıqlama verən Rieltorlar Assosiasiyasının sədri, daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, son illərdə daşınmaz əmlak bazarında qiymətlər xüsusilə iri şəhərlərdə artım nümayiş etdirir:

“Bu tendensiya daha çox Bakı şəhərində müşahidə olunur. Əvvəlki dövrlərdə tikinti şirkətləri boş torpaq sahələri əldə edərək həmin ərazilərdə yeni yaşayış binaları inşa edirdilər. Hazırda isə əsasən köhnə çoxmənzilli binalar sökülür və onların yerində müasir yaşayış kompleksləri tikilir. Bu proses zamanı mənzili sökülən sakinlərə yeni binadan daha geniş sahəyə malik, tam təmirli mənzillər təqdim olunur. Bundan əlavə, tikinti şirkətləri köçürülən sakinlərin kirayə və daşınma xərclərini də qarşılayır. Bütün bu əlavə öhdəliklər tikintinin maya dəyərini artırır və nəticədə mənzillərin satış qiymətinə də təsir göstərir. Digər tərəfdən, bazarda satılan mənzillərin böyük hissəsinin kredit və ya hissəli ödəniş şərtləri ilə təklif olunması da qiymətlərin formalaşmasına təsir edən amillərdəndir”.

Elnur Fərzəliyev qeyd edib ki, qiymət artımı təkcə yeni tikililərdə deyil, istismar müddətini başa vurmuş köhnə yaşayış binalarında da müşahidə edilir:

“Belə binalarda mənzil sahibi olan şəxslər söküntü zamanı daha dəyərli yeni mənzil əldə etmək imkanına malik olurlar. Yeni tikilidə verilən mənzillərin bazar dəyəri köhnə mənzillərlə müqayisədə daha yüksək olduğundan, bu tip əmlaklara investisiya marağı artır. Bir çox alıcı gələcəkdə həmin mənzili daha yüksək qiymətə satmaq və gəlir əldə etmək məqsədilə bu cür daşınmaz əmlaklara üstünlük verir”.

27/07/2026

Bakıxanovda 3 mərtəbəli həyət evi

27/07/2026
26/07/2026

Sərfəli qiymətə həyət evi

23/07/2026

Bakının mərkəzinə yaxın sərfəli qiymətə həyət evi

Address

Qobustan

Website

Alerts

Be the first to know and let us send you an email when El İnvest Əmlak Agentliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to El İnvest Əmlak Agentliyi:

Shortcuts

Share

Category