Ucar rayonu

Directions

Ucar rayonu Ucar ana yurdum.

Niftalı Mehdilinin şəhid olduğu gündür. 1996-cı il mayın 15-də Ucarın Bərgüşad kəndində anadan olub. 2003-cü ildə Bərgüş...
13/10/2026

Niftalı Mehdilinin şəhid olduğu gündür. 1996-cı il mayın 15-də Ucarın Bərgüşad kəndində anadan olub. 2003-cü ildə Bərgüşad kənd məktəbində birinci sinfə gedib və 2011-ci ildə oranı bitirib. 2014-cü ildə Niftalı Mehdili həqiqi hərbi xidmətə yollanıb.2015-ci ildə xidmətini başa vurub. 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsinə könüllü qatılıb. Oktyabrın 13-də Ağdərə uğrunda döyüşdə şəhidlik zirvəsinə yüksəlib.

1954-cü ildə "Kirpi" jurnalının üz qabığı. Həmin il Ucar rayonu dövlətə pambıq təhvili planını ilk yerinə yetirən rayon ...
13/10/2026

1954-cü ildə "Kirpi" jurnalının üz qabığı. Həmin il Ucar rayonu dövlətə pambıq təhvili planını ilk yerinə yetirən rayon olmuşdu.

Dəmiryolunda işləmiş və hazırda işləyən bütün həmyerliləri təbrik edirəm.
13/10/2026

Dəmiryolunda işləmiş və hazırda işləyən bütün həmyerliləri təbrik edirəm.

Ucar şəhər 2 nömrəli orta məktəbin məzunları illər sonra. Paylaşdı: Ceyhun Qurbanov.
12/10/2026

Ucar şəhər 2 nömrəli orta məktəbin məzunları illər sonra. Paylaşdı: Ceyhun Qurbanov.

Sabah gizir Vüqar Ələkbərovun şəhidliyə ucaldığı gündür. 16 noyabr 1994-cü ildə Qazyan kəndində anadan olub. 2014-cü ild...
11/10/2026

Sabah gizir Vüqar Ələkbərovun şəhidliyə ucaldığı gündür. 16 noyabr 1994-cü ildə Qazyan kəndində anadan olub. 2014-cü ildə həqiqi hərbi xidmətə çağrılıb. 2016-ci il yanvarında ehtiyata buraxılıb, lakin 2016-ci ilin yanvarında müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. 2018-ci ildə gizir hərbi rütbəsi alıb. Şəxsi bacarıq və nümunəvi xidmətinə görə Vüqar 11 təşəkkürnamə alıb, 2020-ci ildə iyul-sentyabrında Müdafiyə Nazirliyinin XTQ-nin keçirdiyi təlimlərdə könüllü olaraq DQ-nın xüsusi təyinatlılarının tərkibində bu təlimlərə qoşulub.
V.Ələkbərov 2020-ci il oktyabrın 12-də cəbhənin Füzuli istqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. Allah rəhmət eləsin.

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür. 2011-ci ilin dekabrında BMT Baş Assambleyası tərəfindən qız uşaqlarının hüquqlar...
11/10/2026

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür. 2011-ci ilin dekabrında BMT Baş Assambleyası tərəfindən qız uşaqlarının hüquqlarının tanınması məqsədilə qətnamə elan edilib. Həmin tarix bütün dünyada qız uşaqlarının üzləşdiyi problemlərin həllinə diqqət yetirməyə, onların hüquqlarının genişləndirilməsini və həyata keçirilməsini təşviq etməyə çağırır. Bu gün dünyada 600 milyonu yeniyetmə qızlar olmaqla, ümumilikdə 1 milyard gənc yaşayır. Onların hamısı gələcəyimizi dəyişdirmək üçün böyük potensiala malikdir. UNESCO-nun məlumatına görə, 1995-ci ildən bəri qızların məktəb təhsili ilə əhatə olunmasının qlobal göstəricisi 73 faizdən 89 faizə yüksəlib. Ən böyük irəliləyiş Afrika ölkələrində, Cənubi Asiyada və xüsusilə Hindistanda qeydə alınıb. Universitetlərdə təhsil alan qadınların sayı iyirmi il əvvəllə müqayisədə üç dəfə artıb.

11/10/2026
Şəhid kapitan Elçin İsmayılov.Məkanı cənnət olsun!
10/10/2026

Şəhid kapitan Elçin İsmayılov.
Məkanı cənnət olsun!

Şəhidimiz Rəcəb və Təbriz 😔
10/10/2026

Şəhidimiz Rəcəb və Təbriz 😔

Address

Ucar

Website

Alerts

Be the first to know and let us send you an email when Ucar rayonu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category