Ağ-Qara

Ağ-Qara “Ağ-Qara” blogu məhz bu iki rəngin kəsişməsində dayanır. Burada sözlər ya ağ kimi açıqdır, ya da qara kimi kəskin. Ortada bozluğa yer yoxdur.

Cəmiyyət, ədalət, insan və həqiqət…
Hər mövzuya iki tərəfdən baxırıq.
Çünki həqiqət ya ağdır, ya qara.

28/07/2026

27/07/2026

Xəyalə İsmayılovanın cinayətlərinin üstü açılır

25/07/2026

Vətəndaş Balakən rayon Mərkəzi Xəstəxanasından narazılıq edir

24/07/2026

Şəkinin Mərkəzi Xəstəxanasında skandal: NƏ BAŞ VERİR?

Qeyd edək ki, Şəki Rayon Mərkəzi Xəstəxanasına direktor əvəzi təyin olunub.

Qaynarinfo-nun məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramovun müvafiq əmri ilə Bayramova Şəlalə Məmməd qızı bu vəzifəyə gətirilib.

O, bundan əvvəl Şəki Rayon Mərkəzi Xəstəxanasının İlkin səhiyyə xidməti üzrə direktor müavini, Şəki Ailə Sağlamlıq Mərkəzinin direktoru vəzifəsində vəzifələrində çalışıb.

Məlumatı TƏBİB-dən təsdiqləyiblər.

Xatırladaq ki, bir neçə gün əvvəl Şəki Rayon Mərkəzi Xəstəxanasının direktoru Məcid Abduləli oğlu Əliyev vəzifəsindən azad olunmuşdu.

06/07/2026

Kəmaləddin Qafarovun dərman biznesi

💊

27/06/2026

Bakı–Sumqayıt şosesində fəaliyyət göstərən "Qoca Cars" avto satış mərkəzinin rəhbərliyi və əməkdaşları barəsində sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı redaksiyamıza müraciət daxil olub.
Müraciətdə bildirilir ki, əslən Şamaxı rayonundan olduğu qeyd olunan Əli Rəhimov Nazim oğlu "TikTok" platformasında və hesabları vasitəsilə "Qoca Cars"ın rəhbəri Elvin Qocayev və salonun əməkdaşı Şamil Abbasov (işçilər arasında Şamil Şoşu olaraq çağrılır) barəsində onların işgüzar nüfuzuna xələl gətirə biləcək müxtəlif iddialar səsləndirib.
Müraciət müəlliflərinin iddiasına görə, sözügedən şəxs təxminən 8 ay əvvəl avtosalondan ümumi dəyəri 10 min manat olan avtomobil alıb. Bildirilir ki, həmin məbləğin 8 min manatı ödənilib, qalan 2 min manatın isə sonradan ödənilməsi barədə razılıq əldə olunub. İddiaya əsasən, bu razılaşmaya baxmayaraq, qalan borc bu günədək ödənilməyib.
"Qoca Cars" rəhbərliyinin sözlərinə görə, borcun ödənilməməsindən sonra qarşı tərəf telefon danışığında təhqiredici ifadələr işlədib, daha sonra isə sosial şəbəkələrdə həqiqəti əks etdirmədiyi iddia olunan paylaşımlar yayaraq salon rəhbərliyini və əməkdaşlarını kriminal aləmlə əlaqələndirib, həmçinin əməkdaşlardan biri barədə narkotik vasitələrdən istifadə etməsi ilə bağlı ittihamlar səsləndirib.
Salonun əməkdaşı Şamil Abbasov redaksiyamıza bildirib ki, onun barəsində yayılan iddialar ailə üzvlərində ciddi narahatlıq yaradıb, şəxsi nüfuzuna və cəmiyyətdəki adına zərər vurub. Onun sözlərinə görə, məsələ ilə bağlı artıq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə rəsmi qaydada müraciət edilib və hüquq-mühafizə orqanlarından səsləndirilən ittihamların hüquqi qiymətləndirilməsi xahiş olunub. Həmçinin Şamil bəy narkoloji test verərək nəticəsi barədə rəami sənədləridə hüquq mühafizə orqanına təqdim etdiyini bildirib.
"Qoca Cars"ın rəhbəri Elvin Qocayev isə bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir və məqsəd mövcud borc mübahisəsini başqa istiqamətə yönəltməkdir.
Onun sözlərinə görə, məsələ ilə bağlı 102 Xidməti-Zəng Mərkəzinə də müraciət olunub və hüquqi müstəvidə sonadək mübarizə aparılacaq:
"Səkkiz aydır ödənilməyən 2 min manat borc qalır. Bu müddət ərzində qarşı tərəfə qarşı hər hansı təhqiredici ifadə işlətməmişik. Buna baxmayaraq, sosial şəbəkələrdə mənim və əməkdaşlarımın işgüzar nüfuzuna xələl gətirən paylaşımlar edilir. Hesab edirəm ki, bu, məqsədli qarayaxma kampaniyasıdır və dəymiş maddi-mənəvi ziyanın hüquqi qaydada ödənilməsini tələb edəcəyik."
Qeyd edək ki, redaksiyamıza təqdim olunan videogörüntülərdə tərəflər arasında mübahisənin baş verdiyi və sosial şəbəkələrdə qarşılıqlı ittihamların səsləndirildiyi görünür. Lakin həmin ittihamların doğruluğunu təsdiq edən hər hansı qüvvəyə minmiş məhkəmə qərarı və ya digər rəsmi sənəd redaksiyaya təqdim edilməyib.
Redaksiyadan: Yazıda qeyd olunan borc münasibətləri, təhqir, böhtan və digər iddialar tərəflərin redaksiyamıza təqdim etdiyi məlumatlara əsaslanır və hazırda aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən araşdırma predmetidir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğumuzu və onların cavab hüququnu təmin edəcəyimizi bildiririk.
Bundan əlavə, "Qoca Cars" rəhbərliyi barəsində sosial şəbəkələrdə aparıldığı iddia edilən qarayaxma kampaniyasının kim və ya kimlər tərəfindən təşkil olunması ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırmasının nəticələri və qəbul ediləcək prosessual qərarlardan sonra həmin məsələyə dair əlavə açıqlamalar da ictimaiyyətə təqdim olunacaq.

Sumqayıt şəhərində yerləşən məktəblərdən biri ətrafında səsləndirilən iddialar ciddi araşdırma mövzusu kimi diqqət çəkir...
17/05/2026

Sumqayıt şəhərində yerləşən məktəblərdən biri ətrafında səsləndirilən iddialar ciddi araşdırma mövzusu kimi diqqət çəkir.Redaksiyamıza daxil olan məlumatlara görə, 11 nömrəli tam orta məktəb-də son dövrlər idarəçilik problemləri, texniki çatışmazlıqlar və valideyn narazılığı artmaqdadır. İddialara görə, məktəbdə internetin uzun müddət işləməməsi, su təchizatında yaranmış problemlər, davamiyyətə təsir edən təşkilati boşluqlar və məktəb daxilində yaranan münaqişələrin həllində zəif idarəçilik müşahidə olunub. Mediatvaz.com xəbər verir ki,ən ciddi iddia isə “Son zəng” tədbiri ilə bağlıdır. Valideynlərin bildirdiyinə görə, məktəb rəhbərliyi tərəfindən şagirdlərdən müəyyən məbləğdə vəsait toplanması həyata keçirilir və bu proses könüllülük prinsipi ilə deyil, məcburi xarakter daşıyır. Hətta bəzi valideynlərin övladlarının tədbirdən kənarda qala biləcəyi ilə bağlı dolayı təzyiqlərlə üzləşdiyi iddia edilir.Bəs görəsən İlhamə Abdullayevanın rəhbərlik etdiyi qurum bu narazılıqlara vaxtında niyə reaksiya vermir? Məktəbdə idarəçilik problemləri, texniki çatışmazlıqlar və “Son zəng” adı altında pul yığımı iddiaları varsa, bunların araşdırılmaması ictimai narazılığı daha da artırır. Təhsil müəssisələrində baş verən proseslərə nəzarət regional idarələrin birbaşa məsuliyyət sahəsinə daxildir. İddialar araşdırılmırsa, bu, “göz yumma” görüntüsü yarada bilər və şəffaflıqla bağlı sualları dərinləşdirər.Əgər bu iddialar təsdiqini taparsa, məsələ təkcə etik yox, həm də hüquqi məsuliyyət yarada bilər. Azərbaycan qanunvericiliyinə əsasən, dövlət məktəblərində təhsil ödənişsizdir və şagirdlərdən məcburi şəkildə pul yığılması qanunla yolverilməz hesab olunur. Təhsil müəssisələrində ianələr yalnız könüllü xarakter daşıya bilər və heç bir halda şagirdin hüquqları ilə əlaqələndirilə bilməz.“Son zəng” tədbiri adı altında pul yığılması, valideynlərə təzyiq göstərilməsi və şagirdlərin tədbirdən kənarlaşdırılması ilə hədələnməsi təsdiqlənərsə, bu, vəzifə səlahiyyətlərindən sui-istifadə, təhsil hüquqlarının pozulması və inzibati araşdırma predmetinə çevrilə biləcək məsələdir. Valideynləri narahat edən başqa məqam isə məktəbin böyük kontingentə malik olmasına baxmayaraq idarəetmədə sabitliyin yaranmamasıdır. Təhsil müəssisəsi şəxsi idarəçilik modeli ilə deyil, qanun və normativ qaydalarla idarə olunmalıdır. Məktəb rəhbərliyinin əsas vəzifəsi pul toplamaq deyil, təhlükəsiz, şəffaf və keyfiyyətli təhsil mühiti yaratmaqdır.
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Mediatvaz.com

Şimal bölgəsində fəaliyyət göstərən dövlət qurumlarının bir çoxu digər bölgələrlə müqayisədə daha operativ və aktiv mövq...
12/05/2026

Şimal bölgəsində fəaliyyət göstərən dövlət qurumlarının bir çoxu digər bölgələrlə müqayisədə daha operativ və aktiv mövqe nümayiş etdirir. Ən azından ictimailəşdirilən problemlərə münasibət bildirilir, açıqlamalar verilir və əksər hallarda məsələlər yerində araşdırılaraq qısa müddətdə aradan qaldırılır.

Bu həssas yanaşmaya və operativ reaksiyaya görə Quba Rayon İcra Hakimiyyəti və Xaçmaz Rayon İcra Hakimiyyəti rəhbərliyinə "Ağ-Qara" komandası adından təşəkkürümüzü bildiririk.

07/05/2026

BAĞÇA QARŞISINDA “GÖLMƏÇƏ” REALLIĞI – VALİDEYNLƏR NARAHATDIR

Quba rayonunun Alekseyevka kəndində yerləşən 17 nömrəli uşaq baxçası-körpələr evinin qarşısındakı vəziyyət narazılığa səbəb olub. Sosial şəbəkə istifadəçisi Aydın Fətiyev özünə məxsus “Facebook” hesabında ərazinin görüntülərini paylaşaraq problemin uzun müddətdir davam etdiyini bildirib.

Onun paylaşımında qeyd olunur:

"Quba Rayon İcra Hakimiyyəti hörmətli Ilqar Mahmudov Quba rayonu Alekseyevka kənd 17 saylı bağçanın qarşısı bərbad vəziyyətdədir. Yolun sıradan çıxması valideyinlər və uşaqlar üçün çətin vəziyyət yaradır. Eyni zamanda maşınların sıradan çıxmasına səbəb olur. Yağışdan sonra günlərlə su çəkilmir. Sizdən xahiş edirəm, yolun təmirinə və yenidən bərpası üçün adiyyati üzrə tapşırıq verəsiniz."

İddialara görə, yağışlı havalarda bağçanın qarşısında iri su yığıntıları yaranır, uşaqları bağçaya aparıb-gətirən valideynlər isə ciddi çətinliklə üzləşirlər. Ərazidə hərəkətin çətinləşdiyi, nəqliyyat vasitələrinin də zərər gördüyü bildirilir.

Ağ-qaraya müraciət edən sakinlər aidiyyəti qurumların məsələ ilə bağlı operativ tədbir görəcəyinə ümid edirlər. Xüsusilə uşaqların hər gün istifadə etdiyi ərazidə təhlükəsiz və normal şəraitin yaradılmasının vacibliyi vurğulanır.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

06/05/2026

✅Xaçmazda icra başçısı operativ tapşırıq verdi – məsul qurum problemi dərhal aradan qaldırdı

2 gün əvvəl Xaçmaz şəhəri, Səid Qurbanov küçəsindən Mərdanov Qardaşları küçəsi istiqamətində, yolun sol tərəfində yerləşən əlillər binasının qarşısında iki ədəd üstü açıq kanalizasiya quyusu ilə bağlı narahatlığımı rəsmi şəkildə diqqətinizə çatdırmışdım. Mənim bu məsələ ilə bağlı etdiyim ictimai paylaşım nəticəsində problem diqqət mərkəzinə gətirildi və operativ reaksiya məsul qurumdan deyil, məhz Xaçmaz Rayon İcra Hakimiyyətindən gəldi. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı cənab Elnur Rzayev birbaşa tapşırığı əsasında aidiyyəti qurumlara göstəriş verildi və məsələ nəzarətə götürüldü.

İcra hakimiyyətindən paylaşımda verilən rəyə əsasən bildirildi ki, Səid Qurbanov küçəsi ərazisində, piyada səkisindən kənarda yerləşən açıq kanalizasiya quyusunun bərpası ilə bağlı artıq müvafiq quruma məlumat təqdim olunub və yaxın günlərdə problemin tam şəkildə aradan qaldırılması təmin ediləcək.

Qeyd etmək lazımdır ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin operativ tapşırığından sonra məsul qurum tərəfindən məsələ qısa zamanda icra olunmuş, açıq kanalizasiya quyuları bərpa edilərək yaranmış təhlükə dərhal aradan qaldırılmışdır. Bu, operativ idarəetmə və nəzarətin real nəticə verdiyini bir daha təsdiq edir.

Sonda bir daha qeyd etmək istəyirəm ki, hər bir aidiyyəti qurum üzərinə düşən vəzifələri vaxtında və məsuliyyətlə yerinə yetirməlidir. Bu kimi məsələlərin həlli üçün hər dəfə icra hakimiyyətinin xüsusi tapşırığını gözləmək doğru yanaşma deyil. Yerli problemlərin operativ şəkildə aradan qaldırılması birbaşa məsul qurumların funksional öhdəliklərinə daxildir və bütün yükün icra hakimiyyətinin üzərinə yönəldilməsi qəbuledilməzdir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi

Address

Bakı
Xaçmaz

Alerts

Be the first to know and let us send you an email when Ağ-Qara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ağ-Qara:

Shortcuts

Share