29/10/2026
Gayrimenkul piyasasında şeffaflığı artırmak ve yönetim mekanizmalarını dijitalleştirmek için önemli bir adım atıldı. Cumhurbaşkanı İlham Aliyev'in "Elektronik Gayrimenkul Kayıt ve Kadastro" bilgi sistemi (DERKIS) Yönetmeliği'ni onaylayan ve bazı ilgili konuları düzenleyen kararname, ülkedeki mülkiyet ilişkilerinin tamamen yeni bir seviyeye geçişini sağlayacak.
Kabul edilen belgeye göre, yeni oluşturulan sistemin sahibi işlevleri Ekonomi Bakanlığına bağlı Devlet Gayrimenkul İşleri Servisi tarafından yerine getirilecek ve işletmeci statüsü bu Servise bağlı Devlet Gayrimenkul Kadastro ve Kayıt Kurumuna verildi. Önümüzdeki 18 ay içinde, çeşitli kurumların bilgi kaynaklarında bulunan belgelerin ve bilgilerin DERKIS'e entegrasyonu, arazilerin elektronik kadastro kayıt verilerinin bu sisteme taşınması gerçekleştirilecek ve eski sistemin işletimi durdurulacak. Aynı zamanda, sistemin "Devlet Bulutu" (G-cloud) Konseptine uygun olarak devreye alınması sağlanacaktır.
———
Daşınmaz əmlak bazarında şəffaflığın artırılması və idarəetmə mexanizmlərinin rəqəmsallaşdırılması istiqamətində mühüm addım atılıb. Prezident İlham Əliyevin imzaladığı "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi (DERKİS) haqqında Əsasnamə"nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə fərman ölkədə əmlak münasibətlərinin tamamilə yeni müstəviyə keçməsini təmin edəcək.
Qəbul edilən sənədə əsasən, yeni yaradılan sistemin sahibi funksiyalarını İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirəcək, operator statusu isə həmin Xidmətin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə həvalə olunub. Qarşıdakı 18 ay ərzində müxtəlif qurumların informasiya ehtiyatlarında mövcud olan sənədlərin və məlumatların DERKİS-ə inteqrasiyası, torpaqların elektron kadastr uçotu məlumatlarının bu sistemə miqrasiyası həyata keçiriləcək və köhnə sistemin fəaliyyəti dayandırılacaq. Eyni zamanda, sistemin "Hökumət buludu" (G-cloud) Konsepsiyasına uyğun olaraq yerləşdirilməsi təmin olunacaq